Bayden ABŞ prezidentinin Suriyanın şimalından qoşunları çıxarmaq qərarını pisləyib

2019/10/democ-1570789647.jpg
Oxunub: 727     15:26     11 Oktyabr 2019    
ABŞ-ın sabiq vitse-prezidenti və Demokratların namizədlərindən biri olan Co Bayden, prezident Donald Trampın Suriyanın şimalından qoşunları çıxarmaq qərarını pisləyib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Bayden Trampın kürdləri və ərəbləri satdığını bildirib.

O qeyd edib ki, bu qərar İŞİD-in yenidən böyüməsinə gətirib çıxaracaq və ABŞ-ın dünyadakı digər müttəfiqlərində təhlükəsizliklə bağlı şübhələr yaradacaq.

Qeyd edək ki, çərşənbə günü Tramp Suriyanın şimalından qoşunları çıxarmaq qərarını verib, lakin ABŞ-ın Türkiyənin əməliyyatını dəstəkləmədiyini bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Bayden   Suriya   Tramp  

Bayden ABŞ prezidentinin Suriyanın şimalından qoşunları çıxarmaq qərarını pisləyib

2019/10/democ-1570789647.jpg
Oxunub: 730     15:26     11 Oktyabr 2019    