Osipyanla bağlı nə olub, Ermənistan hökumətində nə baş verir?

2019/09/87978-1569054092.jpg
Oxunub: 319     16:13     11 Oktyabr 2019    
Sentyabrın 19-da Ermənistan hökumətinin iclasında Paşinyan Polis rəisinin və Milli Təhlükəsizlik Xidmətinin direktorunun vəzifəsini icra edənləri təqdim edib. Müvafiq olaraq Eduard Martirosyan Milli Təhlükəsizlik Xidmətinə, Arman Sarkisyan Polis rəisi olaraq vəzifələrin müvəqqəti icrasına başlayıb. Elə həmin gün Valeri Osipyan Ermənistan Baş nazirinin baş müşaviri təyin edildi. Həmçinin, məlumata görə, Osipyanın öz təyinatı barədə mətbuatdan məlumat əldə etdiyi bildirilirdi. Təyinatdan dərhal sonra Valeri Osipyan məzuniyyətə çıxdı, daha sonra məzuniyyətdən qayıdaraq istefa ərizəsi təqdim edəcəyinə dair məlumatlar yayıldı. Osipyan bunu həqiqətəuyğun olmayan informasiya kimi təkzib etdi.

Artıq “Ermənistan Respublikası Dövlət qulluğu haqqında” qanunun müvafiq maddəsinə əsasən, Valeri Osipyanın Paşinyanın baş məsləhətçisi vəzifəsindən azad edilməsi barədə rəsmi məlumat yayıldı.

Ermənistan “Dövlət xidmətləri haqqında” qanununun 9-cu maddəsinin 10-cu bəndində deyilir: “İctimai ixtiyarı olan vəzifələr tutan şəxslər, bu maddənin 14-cü bəndində göstərilən hallar istisna olmaqla, dövlət orqanının rəhbəri və ya işə qəbul ediləcəyi dövlət orqanının rəhbəri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilə bilər”

İndi rəsmi olmayan dildə baş verənləri təqdim edək.

Paşinyan düşmən qazanmaqdan çəkinir və xüsusən Vanetsyanın istefasından sonra iqtidarın keçmiş güc strukturları liderlərinin yeni bir siyasi qüvvə formalaşdırmaqla, özünə qarşı mübarizə aparan əks düşərgələrdə görünməməsi üçün ara həll yolları tapmağa çalışdı. Birincisi, Vanetsyanın Futbol Federasiyasının prezidenti olaraq qalacağını və futbolun inkişafına şalışacağına dair yumşaq ifadə səsləndirildi. Vanetsyan siyasi bir bəyanat verdikdə isə mövqeyini sərtləşdirməyi, feyklər və komanda yoldaşlarına cavab verməyi əmr etdi. Paşinyan özü də ABŞ-da bir bəyanatla çıxış etdi.

Daha sonra Osipyanı yüksək maaş və sıfır vəzifələri nəzərdə tutan baş məsləhətçi vəzifəsinə işə götürməklə qazanmağa çalışdı. Ömrü boyu kasıb bir küçə əməliyyatçısı olan Osipyan bu statusa aludə ola bilərdi. Buna görə də keçmiş polis rəisinə, baş məsləhətçi təyin edilməsinə, istefaya getməyəcəyinə inandıqlarını belə deməyə ehtiyac qalmadı. Lakin mətbuat vasitəsilə təyinatını öyrənən Osipyan işləməyəcəyini və istefaya buraxılması üçün müraciət edəcəyini söylədi.

Osipyanın istefa verəcəyi barədə müraciət etdiyi şayiələr yayıldıqda, keçmiş polis rəisinin niyə bir neçə gün sonra təsdiqlənəcəyi halda xəbəri təkzib etməsi sual yaratdı. Məsələ burasındadır ki, Paşinyan öz iradəsi ilə onu tərk etmək istəyənləri həzm etmir. Güman edirik ki, Osipyanı ərizə yazmamağa razı salmağa cəhd göstəriblər. Ən azı Baş nazir müşaviri kimi yüksək vəzifəsdən könüllü olaraq istefa etmədiyini, Vanetsyanın məsələsində olduğu kimi Paşinyanın istəyi uzaqlaşdırıldığı təsəvvürünü yaratmağa çalışırlar.

Paşinyan kabineti yeniləmək üçün böyük kadr dəyişiklikləri etmək qərarına gəlib. Bu, erməni ictimaiyyətində yeni “ümidlər”i oyandıracaq, lakin insan resurslarının olmaması səbəbindən bu olduqca çətin prosesdir.

Digər tərəfdən, işdən azadolma hissi üstünlük təşkil edən yüksək səviyyəli məmurlar arasında böyük narazılıqlar yaranıb. Təsiri azdır, stress yüksəkdir, pul daha azdır, buna görə də vəzifəyə qaçmağın mənası yoxdur. İnsanlar, Paşinyanın qəzəbinə tuş gəlməmə qorxusundan geri çəkilir, çünki heç kim bu qəzəbin necə özünü biruzə verə biləcəyini bilmir. Buna görə də fasilə uzanır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Osipyan   Paşinyan  

Osipyanla bağlı nə olub, Ermənistan hökumətində nə baş verir?

2019/09/87978-1569054092.jpg
Oxunub: 322     16:13     11 Oktyabr 2019    