Rus ekspert: “Putin ilə Köçəryanın həyat yoldaşının görüşü Rusiyanın mövqeyini sübut edir”

2019/10/Lukya-1570787693.jpg
Oxunub: 1303     17:34     11 Oktyabr 2019    
“Rusiyada Ermənistandakı proseslərin uzanacağından hər zaman ona görə narahat olurlar ki, vacib məsələlər proseslərin inkişafının qurbanı olacaq”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici və Müdafiə Siyasəti Şurası Rəyasət Heyətinin sədri, “Rusiya qlobal siyasətdə” jurnalının baş redaktoru, “Valday” müzakirələr klubu rəhbər heyətinin üzvü, tanınmış rus analitik Fyodor Lukyanov erməni-rus əlaqələri, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun erməni tərəfinə ünvanlanmış tənqidi, Dağlıq Qarabağ münaqişəsinə toxunarkən bildirib.

O qeyd edib ki, Rusiya prezidenti Vladmir Putin ilə Köçəryanın həyat yoldaşının görüşü Rusiyanın mövqeyini sübut edir.

“Rusiya prezidentinin mövqeyi hər zaman bu cür olub ki, Rusiyanın köhnə, sınaqdan keçmiş tərəfdaşları var, buna görə də onlarla əməkdaşlıq edir və dəstəkləyir”, - deyə analitik bildirib.

Rus ekspertin sözlərinə görə, Ermənistanda “inqilabi proseslər”in dayanmaması Rusiyada müəyyən qədər həyəcanla izlənilir: “Rusiyada Ermənistandakı proseslərin uzanacağından hər zaman ona görə narahat olurlar ki, vacib məsələlər proseslərin inkişafının qurbanı olacaq. Lakin vurğulayım ki, Rusiya ümumi mənada hər hansı inkişafa müdaxilə etmir, çünki Ermənistanın daxili prosesləri necə heyata keçirəcəyi bizim işimiz deyil”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Ermənistan   Böhran  

Rus ekspert: “Putin ilə Köçəryanın həyat yoldaşının görüşü Rusiyanın mövqeyini sübut edir”

2019/10/Lukya-1570787693.jpg
Oxunub: 1306     17:34     11 Oktyabr 2019    