Aprel döyüşlərini araşdıran komissiyanın qapalı iclasından detallar məlum olub

2019/07/5765_-1564558347.jpg
Oxunub: 1714     16:22     11 Oktyabr 2019    
Ermənistan parlamentində Aprel döyüşlərinin detallarını araşdıran İstintaq Komissiyasının dünənki qapalı, gizli iclasından bir sıra detallar məlum olub.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, iclasda Aprel döyüşlərinin iştirakçısı, “İşıqlı Ermənistan” fraksiyasının deputatı Harutyun Babayanın köməkçisi Sarkis Niazyan dindirilib.

Qeyd olunur ki, iclasda Ermənistan Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi də dindirilib.

Məlumata görə, istintaqı aparan şəxs əsasən komissiyanın sədri Andranik Köçəryan olub və sözlərini tez-tez “Mənim Addımım” fraksiyasından olan komissiyanın üzvü Tiqran Karapetyana ötürüb.

Bu günə qədər dindirilən bütün şəxslər hər şeyin normal olduğunu və komissiyanın hər hansı qüsurlar tapmadığını təsdiq edib.

Yeri gəlmişkən, komissiya üzvləri iclasdan “uteçkalar” etməmək barədə bir-birlərinə söz verib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Aprel-döyüşləri   Ermənistan   İstintaq  

Aprel döyüşlərini araşdıran komissiyanın qapalı iclasından detallar məlum olub

2019/07/5765_-1564558347.jpg
Oxunub: 1717     16:22     11 Oktyabr 2019    