Tovuzda müharibə veteranlarına hüquqi yardım göstərilib - FOTOLAR

2019/10/71842-3141409110.jpg
Oxunub: 586     15:20     10 Oktyabr 2019    
Tovuz rayonunun Qovlar şəhərindəki Gənclər Mərkəzində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin və Tovuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Müharibə veteranlarına hüquqi yardımların göstərilməsi” adlı layihə çərçivəsində müharibə veteranları ilə görüş keçirilib.

Ordu.az-ın Qərb bürosunun məlumatına görə, görüşdə dövlətimizin müharibə veteranlarına, müharibə əlillərinə və şəhid ailələrinə şamil etdiyi güzəşt və imtiyazlardan yararlana bilmələri üçün hüquqi yardım göstərilib və onların qarşılaşdığı problemlər araşdırılaraq müvafiq tövsiyələr verilib.

Görüşdə İctimai Birliyin sədr müavinləri və qrumun rayondakı nümayəndəliyinin sədri də iştirak edib. Əlillərin sosial müdafiəsi haqqında Qanun Azərbaycan Respublikasında əlillər barəsində dövlət siyasətini müəyyən edir, cəmiyyət həyatının iqtisadi, siyasi və sosial sahələrində iştirak etmək üçün əlillərin bütün başqa vətəndaşlarla bərabər imkanlar almasına, onların öz fərdi qabiliyyətlərinə və maraqlarına müvafiq surətdə dolğun həyat sürməsinə kömək göstərən lazımi şəraitin yaradılmasına təminat verir.

Son illər ölkəmizdə əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Vətəndaşların sosial müdafiəsinin yaxşılaşdırılması ölkədə həyata keçirilən sosialyönümlü siyasətin əsas istiqamətlərindən biridir.

Bu istiqamətdə görülmüş tədbirlər sistemində ünvanlılıq prinsipinə əməl olunub, aztəminatlı, ailə başçılarını itirən, eləcə də, şəhid ailələri, xüsusi qayğıya ehtiyacı olanlar dövlətin diqqət və qayğısı ilə əhatə olunublar. Bu qəbildən Qarabağ müharibəsində döyüşüb sağ qalan, müharibə veteranı kimi status ala bilməyənlərə hüquqları və bununla bağlı hansı qurumlara müraciət edilməsi diqqətə çatdırılıb. Həmçinin, dövlət əlil vətəndaşların çoxsaylı sosial proqramlara, o cümlədən reabilitasiya, pulsuz istirahət, texniki-bərpa və nəqliyyat vasitələri ilə təminat proqramlarına cəlb olunmasını həyata keçirir.

Əlil vətəndaşlara dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq Nazirlər Kabineti tərəfindən əlillərin sosial müdafiəsi ilə bağlı nəzərdə tutulmuş Dövlət Proqramının maliyyələşdirilməsi təmin olunub. 1992-ci ildə Veteranlar Haqqında Azərbaycan Respublikasının qanunu qəbul edilib.

Bu qanuna görə, İkinci Dünya Müharibəsi illərində döyüşən, orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər, 1944-cü il yanvarın 1-dən 1951-ci il dekabrın 31-dək Ukraynanın, Belarusun, Baltikyanı respublikaların ərazisində quldur dəstələrinə qarşı silahlı mübarizədə iştirak etmiş şəxslər və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar.

Bu qanuna 2001-ci ildə edilmiş əlavəyə görə, veteran statusu Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə aid edilmir.

Daha sonra tədbirdə müharibə veteranlarının sualları dinlənilib, sualları cavablandırılıb.

Cümşüd Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Tovuz   Veteran   Hüquqi-Yardım  

Tovuzda müharibə veteranlarına hüquqi yardım göstərilib - FOTOLAR

2019/10/71842-3141409110.jpg
Oxunub: 589     15:20     10 Oktyabr 2019    