Rus pilotları Yapon dənizi üzərində təlimlər keçirir

2019/10/12335-1570702867.jpg
Oxunub: 1674     16:20     10 Oktyabr 2019    
Rusiyanın Şərq Hərbi Dairəsinin aviasiya bölməsinin pilotları Yapon dənizi üzərində keçirilən təlimlərdə şərti düşmən təyyarələrini vurublar.

Ordu.az xəbər verir ki, bu barədə Şərq Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, təlimlərə yüksək hündürlükdən uçan MiQ-31, çoxməqsədli Su-35Ss və Su-34 bombardmançı qrupları cəlb edilib.

“9000 metrdən çox hündürlükdə Su-30SM qırıcılarının ekipajları xüsusi hədəflərə atəş açıblar”, - deyə mətbuat xidmətinin məlumatında qeyd olunub.

Təlimlər zamanı cəmi 30-dan çox uçuş missiyası yerinə yetirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Yaponiya   Təlim  

Rus pilotları Yapon dənizi üzərində təlimlər keçirir

2019/10/12335-1570702867.jpg
Oxunub: 1675     16:20     10 Oktyabr 2019    