Cənubi Koreya nüvə mühərrikli sualtı gəmilər inşa etmək istəyir

2019/10/11989-1570702776.jpg
Oxunub: 1426     19:16     10 Oktyabr 2019    
Cənubi Koreya Hərbi Dəniz Qüvvələri nüvə müqavimətini və müdafiə qabiliyyətini artırmaq üçün nüvə enerjisi ilə idarə olunan sualtı qayıqların inşası üçün müvafiq tapşırıq alıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, məsələ ilə bağlı işçi qrupu yaradılıb.

Cənubi Koreya bu cür sualtı qayıqları 2003-cü ildə uzunmüddətli hərbi qurma proqramının bir hissəsi kimi inşa etmək niyyətində idi, amma sonradan layihə dayandırıldı.

Bəzi ekspertlər və millət vəkilləri Koreya yarımadasında təkcə Şimali Koreyadan deyil, qonşu ölkələrdən də təhdidlərə cavab vermək üçün bu cür sualtı qayıqları ən faydalı hərbi aktiv kimi qiymətləndirir.

Bəziləri ordunun 3000 tonluq “Chang Bo Go-III” sualtı gəmisinin nüvə enerjisi ilə təmin edilə biləcəyini güman edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Cənubi-Koreya   Sualtı-qayıq  

Cənubi Koreya nüvə mühərrikli sualtı gəmilər inşa etmək istəyir

2019/10/11989-1570702776.jpg
Oxunub: 1429     19:16     10 Oktyabr 2019    