Ölmüş erməni əsgərin anası: “Ölüm arayışlarını hökumətə verməyə və oğullarımızı tələb etməyə hazırlaşırıq”

2019/09/70556-1568883810.jpg
Oxunub: 400     13:52     10 Oktyabr 2019    
“Hökumət küçə mübarizəsi üçün məsələni həll edə bilirsə, qoy qara geyimli anaların da məsələsini həll etsinlər”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu bu gün jurnalistlərlə söhbəti zamanı etiraz aksiyasını həyata keçirən “Əsgər” İctimai Şurasının sədri Marqarita Xaçatryan bildirib.

Marqarita Xaçatryan xatırladıb ki, Paşinyan bir neçə gün bundan öncə xarici ölkəyə etdiyi səfərdən sonra qara geyimli anaları qəbul edib, onların problemlərini dinləyib, lakin bu günə qədər Paşinyanla görüş baş tutmayıb.

“Xatırlatmağa gəlmişik ki, cənab Baş nazir, pulunuz varsa, qoyacaq yeriniz yoxdursa, onda bu anaların sizdən gözləntisi var. Biz Baş nazirlə görüşü gözləyirik, yanvarın 5-dən başlayaraq müraciətlərdən heç birinə cavab gəlməyib. Əgər məsələyə müsbət həll verilməsə, biz ölüm arayışlarını hökumətə verməyə və oğullarımızı tələb etməyə hazırlaşırıq. Hökumət küçə mübarizəsi üçün məsələni həll edə bilirsə, qoy qara geyimli anaların da məsələsini həll etsinlər”,- deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Ölüm   Əsgər-anaları  

Ölmüş erməni əsgərin anası: “Ölüm arayışlarını hökumətə verməyə və oğullarımızı tələb etməyə hazırlaşırıq”

2019/09/70556-1568883810.jpg
Oxunub: 403     13:52     10 Oktyabr 2019    