Osipyan missiyasını başa vurdu, yoxsa hələ Paşinyanın rahatlığını pozacaq?

2019/03/nikol-1553683196.jpg
Oxunub: 394     15:10     10 Oktyabr 2019    
Ermənistanın sabiq Polis rəisi Valeri Osipyan Baş nazirin mətbuat sözçüsünün qeyd etdiyi kimi “öz müraciətinə əsasən” Paşinyanın baş müşaviri vəzifəsindən də istefa verib.

Osipyan Ermənistan Milli Təhlükəsizlik Xidməti rəisi Artur Vanetsyanın qalmaqallı uzaqlaşmasından bir neçə gün sonra Polis rəisi vəzifəsindən uzaqlaşıb. Valeri Osipyanın uzaqlaşması siyasi cəhətdən o qədər də səs-küylü deyildi, üstəlik uzaqlaşdıqdan sonra Paşinyanın baş müşaviri təyin olunub.

Bu, onu sübut edir ki, Paşinyan Osipyanı səmərəsizlik üçün uzaqlaşdırır, lakin mənəvi baxımdan ona qarşı Artur Vanetsyanla “qarşılıqlı atışma” fonuna səciyyəvi olan müəyyən münasibət saxlayır.

Lakin Osipyanın istefasından sonra onun vəzifədə olduğu vaxt üç mənzil və mahalı avtomobil alması haqqında mətbuatda məlumatlar yayıldı. Bu isə sabiq polis rəisinin vəzifədən uzaqlaşdırılması “işində” “korrupsiya çalarına” səbəb oldu. Məgər bu, Paşinyanın Valeri Osipyanı sonunda baş müşavir vəzifəsindən də uzaqlaşdırması məsələsində rol oynayıb?

Erməni mətbuatında belə bir məlumatlar nəşr edilib ki, Valeri Osipyan rusiyalı varlı ermənilərdən biri ilə sıx əlaqədədir. Həmin şəxs isə Osipyana mənzil və avtomobil hədiyyə edib. Əvvəllər də dövlət rəsmiləri inanılmaz əmlaklarının böyük hissəsini ianələrlə açıqlayırdılar.

Nəhayət, burada Valeri Osipyanın Polis rəisi vəzifəsini buraxmağı ilə bağlı bəyanatını xatırlamaq lazımdır. Bəyanatda qeyd edildi ki, səbəblər haqqında sonra danışacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Osipyan   Paşinyan  

Osipyan missiyasını başa vurdu, yoxsa hələ Paşinyanın rahatlığını pozacaq?

2019/03/nikol-1553683196.jpg
Oxunub: 397     15:10     10 Oktyabr 2019    