ABŞ Açıq Səma müqaviləsini tərk etmək niyyətindədir

2019/10/34534-1570692312.jpg
Oxunub: 1461     16:24     10 Oktyabr 2019    
ABŞ potensial rəqiblərdən, xüsusən də Rusiyadan kəşfiyyat məlumatları əldə etməyə kömək edən onilliklər boyu bağlanmış müqaviləni tərk etmək niyyətindədir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bir çox mənbələr Tramp adminstrasiyasının tezliklə bu qərarı elan edəcəyini bildirib.

Söhbət ABŞ prezidenti D.Eyzenhauer tərəfindən irəli sürülən və C. Buş tərəfindən həyata keçirilən Açıq Səma müqaviləsindən gedir.

Açıq Səma müqaviləsi 1992-ci ildə imzalanıb. Bu müqavilə Soyuq Müharibədən sonrakı dövrdə Avropada qarşılıqlı inamın qurulmasını nəzərdə tutur. 2002-ci ildən qüvvəyə minən müqavilə onu imzalayan dövlətlərin bir-birlərinin hərbi qüvvələri və fəaliyyətlərinə dair sərbəst məlumat toplamasına imkan yaradır.

Müqaviləni imzalayan dövlətlər arasında NATO üzvlərinin əksrəiyyəti, Rusiya, Belarus, Ukrayna, Gürcüstan, Bosniya və Herseqovina, İsveç və Finlandiya var.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Açıq-səma  

ABŞ Açıq Səma müqaviləsini tərk etmək niyyətindədir

2019/10/34534-1570692312.jpg
Oxunub: 1462     16:24     10 Oktyabr 2019    