Azərbaycan sülhməramlılarının ABŞ istehsalı Çoxməqsədli Nəqliyyat Vasitəsi - HUMVEE (HƏRBİ EKSPERT)

2019/10/23-1570861104.jpg
Oxunub: 3012     11:52     12 Oktyabr 2019    
Azərbaycanın Əfqanıstanda yerləşən sülhməramlı qüvvələrin silahlanmasında yer alan "Humvee" tipli maşınlar ABŞ-ın "General Corporation" şirkəti tərəfindən istehsal olunub. Xarici gürünüşünə görə analoqları ilə hətta texnikadan başı çıxmayan bir şəxsin heç bir halda dəyişik sala bilməyəcəyi nadir konfiqurasiyaya malik bu maşınların Əfqanıstanda yerləşən Azərbaycan bölüyünün xidmət etdiyi taborda ümumi sayı 60 ədəd olaraq göstərilir.

HMMWV (High Mobility Multipurpose Wheeled Vehicle və ya Yüksək Hərəkətli Çoxməqsədli Nəqliyyat Vasitəsi) və ya sadəcə "Humvee" əsasən ABŞ Silahlı Qüvvələrinin, habelə digər ölkələrin silahlı qüvvələr və polis orqanları tərəfindən istismar edilir. Avtomobil yüksək keçicilik imkanlarına malikdir, hava ilə daşınma və paraşütlə endirilmə üçün də əlverişlidir.

Zavod və eyni zamanda maşının ixrac adı - HUMMER inkişaf dövründən etibarən istehsalçısı AM "General Corporation"a məxsus və qeydə alınan ticarət nişanıdır, ondan korporasiyanın reklamında və məhsullarının beynəlxalq bazarda tanıdılmasında istifadə olunur.

1992-ci ildən sonra mülki istifadəçilər üçün bu ad altında SUV tipli ərazi maşınları istehsal edilir. Şəxsi heyətin daşınması və müxtəlif silahların yerləşdirilməsi üçün ABŞ Silahlı Qüvvələrinə yolsuzluq üçün nəzərdə tutulan tam çəkimli 4- təkərli döyüş maşınını inkişaf etdirmək ideyası 1960-cı illərin ikinci yarısında yarandı.

Yaranma tarixi

Bu ideyanı gerçəkləşdirmək məqsədilə San Xose (Kaliforniya) şəhərindəki FMC korporasiyası öz müstəqil qərarı ilə XR311 çoxməqsədli nəqliyyat vasitəsinin bir neçə versiyada - açıq və qapalı, müxtəlif çaplı atıcı, qumbaraatan və reaktiv silahlı konfiqurasiyada prototipini hazırladı və onları sınaqdan keçirməyə başladı.

FMC şirkəti bu maşınları ABŞ Ordusu üçün layihələndirirdi, hətta onlardan 10 ədədini hərbi hissələrdə qoşun sınaqlarının keçirilməsi üçün Pentaqona da vermişdi. Daha əvvəl, 1972-ci ildə iki başlanğıc prototip 2-ci Zirehli diviziyanın kəşfiyyat bölmələri tərəfindən sınaqdan keçirilmişdi, lakin Ordu rəhbərliyi o dövrdə daha ağır silahlanan və daha yaxşı zirehə malik tırtıllı vasitələrə üstünlük verərək bu layihəni bir qədər arxa plana keçirdi.

Pentaqonun zirehli avtomobil xidməti hazırlanacaq maşınlara qarşı aşağıdakı tələbləri irəli sürürdü:

- Dizel mühərrik;
- Avtomatik sürətlər qutusu;
- Korpus və şüşələrin uçan qəlpə və güllədən balistik qorunması;
- Nəqliyyat vasitələrinin 3400 kq-a qədər kütləsi.
- Bundan əlavə, müsabiqədə iştirak edən şirkətlərinin maşınlarından tələb olunurdu:
- Altı-səkkiz saniyə ərzində 48 km/saata qədər sürətlənmək;
- 1135 kq yük daşımaq;
- 45 santimetrlik şaquli maneəni aşmaq;
- UH-60A "Blackhawk" helikopterinin xarici asqısında daşınmaq;
- Güllə ilə deşilən şinlərlə hadisə yerini müstəqil tərk etmək.

Pentaqon 1979-cu ildə "yüksək mobil çoxməqsədli təkərli vasitə" üçün müsabiqə elan etdikdən sonra, FMC burada iştirakdan imtina etdi və bu sahədə əldə etdiyi nailiyyət və hüquqlarını, müxtəlif xidməti nəqliyyat vasitələrinin istehsalında ixtisaslaşan AM "General Corporation" şirkətinə satdı. Sonuncunun isə həmin ilin iyul ayında "yüksək mobil çoxməqsədli təkərli vasitə" üçün təkrar müsabiqədə iştirak etməsinə icazə verildi.

Müsabiqədə orijinal dizaynı ilə "Chrysler Defence" (tezliklə "General Dynamics" şirkətinin bir hissəsi oldu) öz prototipləri ilə iştirak etdi. "Teledyne Kontinental" aşağı siluetə malik (İtaliyanın "Lamborghini Cheetah" baqqisinin modifikasiyası hesab edilən və "Rambo-Lambo" kimi tanınan) maşınının açıq, brezent və metal dama malik modellərini təqdim etdi. "American LaFrance" modeli isə üstü açıq və brezentlə qapalı düzbucaqlı konturları olan inkassator maşınına bənzəyirdi.

"Four Wheel Drive" prototipi daha çox qolf klubunun avtomobilini xatırladırdı.

XR311 layihəsinin dizayn sənədlərini aldıqdan sonra AM "General" mühəndisləri bir sıra düzəlişlər etdilər, xüsusən də hərbçilərin daşınması üçün desant bölməsini uzatdılar, təkər bazasını artırdılar və ön şüşəni düz bucaq altında yerləşdirdilər.

Təyinatı

XR311 layihəsi üzrə maşının ekipajı iki nəfərdən- sürücü və silahlardan istifadə edən atıcıdan ibarət olmalı idi. Bu vasitə kəşfiyyat, axtarış və basqın-pusqu əməliyyatları, motoatıcı və zirehli karvanları müşayiət edən döyüş kəşfiyyat dozoru vəzifələrini yerinə yetirməklə bərabər zenit-raket sistemlərinin, tank əleyhinə silahların (daşınan və ya özüyeriyən versiyada), idarəetmə və rabitə, o cümlədən taqım, bölük komandirləri və tabor qərargahının zabitləri üçün komanda-qərargah maşını kimi avadanlıqların yerləşdirilməsi üçün də nəzərdə tutulurdu.

"Humvee" maşınları döyüş əməliyyatları zonasında yük və şəxsi heyətin daşınması, mobil komanda məntəqəsi, rabitə qovşağı, təxliyyə vasitəsi, ağır silah və ya böyük elektron vasitələrin daşıyıcısı kimi istifadəyə imkan verməli idi.

Sınaqlar

1980-ci ilin iyul ayında XM966 ərazi vasitəsinin prototipi Kaliforniyanın dağlıq səhrasında yerləşən "Nevada Automotive Test Center"də (Nevada Avtomobil Sınaq Mərkəzi) ilk sınaqlardan keçdi. 1981-ci ilin əvvəlinə qədər hər nümunə təxminən 25000 km məsafə qət etdi. İlkin sınaqlarda iştirak edən maşın aşağıdakı xüsusiyyətlərə malik idi:

Təkər formulası - 4 × 4;
Mühərrikin növü - karbüratorlu benzin;
Mühərrikin gücü - 215 a.g;
Ehtiyat məsafə - 480 km;
Sürət - 129 km/saat;
Aşa biləcəyi yüksəklik - 60 °;
Aşıla bilən divar - 0.5 m;
Aşıla bilən su maneəsinin dərinliyi - 0.76 m;
Sürətlər qutusu - avtomatik, üç pilləli.

Ümumi ölçü xüsusiyyətlərinə görə, bu maşınlar təxminən 1500 kq kütləyə malik M155 (növü MUTT) seriyasına uyğun gəlirdi.

Son sınaqlardan əvvəl korporasiyanın mühəndisləri mühərriki avtomobilin ön hissəsində yerləşdirməklə köklü dəyişiklik etdilər. 1982-ci ilin aprel ayında iddiaçılar son sınaqlar üçün maşınlarının prototiplərini beş ay müddətinə ABŞ ordusunun sərəncamına verdilər.

"Chrysler", AM "General" və "Teledyne-Continental" şirkətlərinin avtomobilləri müsabiqənin finalına çıxdılar.

22 mart 1983-cü ildə qoşun sınaqları bitirdikdən sonra AM "General" ilə 54973 avtomobil istehsalına dair müqavilə bağlandı.

Baza versiyası üçün topdansatış qiyməti 22000 dollar təyin edildi. Kütləvi istehsala 1985-ci ilin yanvarında ABŞ-ın İndiana ştatındakı AM "General" müəssisəsində başlandı.

İstehsalı

Maşınların, onların əsas komponentlərinin istehsalında ən vacib podratçılar kimi aşağıdakı kommersiya qurumları iştirak edirdi:

- Bütövlükdə maşını AM "General" hazırlayırdı;
- Texniki xidmət, təmir, modernləşmə Miçiqanda;
- Zirehli mühafizə Oqayodakı "O’Gara-Hess & Eisenhardt Armoring Co" şirkətində;
- Generator Riçmond Hilldəki "American Trans-Coil Corp American" Trans-Coil Corp"da;
- Mühərrik Oqayodakı "General Motors Corp"un "Dizel Division" bölməsində;
- Transmissiya "General Motors Corp"un "Hydra-Matic Division" bölməsində;
- Təkərlər Miçiqandakı "Motor Wheel Corp"da;
- Şinlər Oqayodakı "Goodyear Tire & Rubber Co"da;
- Radio avadanlıqlar isə İndianadakı ITT şirkətində hazırlanırdı.

HMMWV ABŞ Ordusunun təkcə M151 yolsuzluq avtomobillərini deyil, həm də bir sıra yük maşınlarını (M274, M561, M880) da əvəz etdi. Güc qurğusu kimi 6.2 litrlik və 6.5 litrlik "Detroit Dizel" mühərrikindən istifadə edilirdi, sonradan onların turbo versiyası hazırlandı.

Körfəz müharibəsi başlayandan sonra bir çox imkanlı adamlar belə bir maşınları almaq istədilər və AM "General" 1992-ci ildə "Humvee"nin mülki versiyasını istehsal etdiyini açıqladı.

1999-cu ildə AM "General" şirkəti mülki "Hummer"ə aid marka hüquqlarını "General Motors"a satdı, lakin hərbi modellərin istehsal hüququnu özündə saxladı.

İlk baza modeli "General Motors"un 6,2 litrlik 160 at gücünə malik (sonradan 6.5 litrlik, 196 at gücünə malik mühərrikdən istifadə edildi) "Detroit Diesel" V8 dizel mühərrikə malik M-998 variantı hesab edilir. İkinci nəsil tam alminium kabinli, 2 və ya 4 yerlik və üstü açıq platformalı M-998M2 maşınlarıdır.

4L80 tipli sürətlər qutusu "Chevrolet Suburban 2500" yüngül yük maşınlarında quraşdırılan və hələ də quraşdırılmaqda davam edən yükü azaltmaq üçün aralıq ötürücülərə malikdir, onlar müqayisə olunmaz etibarlılığı və döyüş şəraitində sübut olunan dayanıqlığı ilə fərqlənir. Avtomobil yüksək sürtünməyə malik "Torsen" təkərlərarası diferensiallar, planetar təkər reduktoru, bütün aqreqatların mərkəzi havalandırılması sistemi, müstəqil asqı yayları, bütün təkərlərdə havalandırılan disk əyləcləri (diferesial karterinin yanında yerləşir), sükan gücləndiricisi, ölçüsü 12.5R16.5 olan radial şinlər ilə təmin edilir.

Taktiki-Texniki Xüsusiyyətləri:

- "Humvee" zirehli maşınlar kateqoriyasına aid edilir.
- Boş kütləsi 2676 kq;
- Tam kütləsi 4672 kq;
- Heyəti 2 nəfər;
- Desant heyəti 5 nəfər;
- İstehsal illəri: 1984 - indiyə qədər;
- Uzunluğu 4600 mm;
- Eni 2100 mm;
- Hündürlüyü 1800 mm;
- Klirens 410 mm;
- Təkər bazası 3300 mm;
- Ön və arxa təkər izlərinin eni 1829 mm;
- Mühərrikin növü 8 slindrli "Detroit Dizel";
- Magistralda maksimum sürət 1-ci nəsil üçün 88 km/saat;
- 2-ci və 3 -cü nəsil üçün 113 km/saat;
- Yükdaşma 2 ton;
- Yanacaq sərfiyyatı 16- 23 litr/100 km;
- Yanacaq çəninin həcmi 95 litr;
- Asqı tipi növü 4x4 tipli müstəqildir, maşının təkər formulası 4x4 tam çəkimlidir. Avtomobilin hazırda dəyəri komplektləşdirilməsinə görə 470000 dollar ətrafında dəyişir.

İstifadə edən ölkələr

Təbii ki, bu maşınlardan ən geniş istifadə edən ABŞ Ordusudur. Yalnız onun silahlanması üçün 260000 ədəd, Dəniz Piyada Korpusu üçün isə 44000 ədəd "Humvee" maşınları əldə edilib. Ümumiyyətlə dünyada ən çox yayılan zirehli avtomobil kimi tanınan "Humvee" maşınlarınının müxtəlif versiyaları Azərbaycan, Albaniya, Əlcəzair, Argentina, Əfqanıstan, Bəhreyn, Bolqarıstan, Boliviya, Bosniya və Herseqovina, Botsvana, Macarıstan, Venesuela, Vyetnam, Honduras, Yunanıstan, Gürcüstan, Danimarka, Cibuti, Dominik Respublikası, Misir, İsrail, İordaniya, İraq, İspaniya, Yəmən, Qazaxıstan, Kanada, Kolumbiya, Lüksemburq, Makedoniya, Mərakeş, Meksika, Moldova, Monako, Monqolustan, Yeni Zelandiya, Norveç, BƏƏ, Oman, Panama, Peru, Polşa, Portuqaliya, Rusiya (Cənubi Osetiyada müharibə zamanı 8 ədəd Gürcüstan Ordusundan qənimət olaraq ələ keçirilib), Rumıniya, Salvador, Səudiyyə Ərəbistanı, Seneqal, Serbiya, Suriya (İŞİD-dən ələ keçirilib), Slovakiya, Sloveniya, Sudan, Tayland, Çin Respublikası, Tayvan, Tanzaniya, Tunis, Uqanda, Ukrayna, Filippin, Xorvatiya, Çad, Monteneqro, Çexiya, Çili, Ekvador və Efiopiya Silahlı Qüvvələrinin istifadəsindədir.

İraq, Əfqanıstan və Suriya müharibələrində bu maşınlardan 2300 ədədinin İŞİD terror qruplaşmasının əlinə keçdiyi iddia olunur. Terrorçuların da hadisə törədəcəkləri yerə "Humvee" ilə gəlməsi, təhlükəsizlik və koalisiya qüvvələrinin geyimlərindən istifadə etməsi, onlara qarşı mübarizə metodlarında dəyişikliklər etməyi şərtləndirir. Artıq bu acı təcrübə Əfqanıstanda yaşanıb.

Bu maşınlardan "Taliban" və "Hizbullah"ın da istifadə etdiyi istisna edilmir.

NATO-nun Əfqanıstandakı "Qətiyyətli Dəstək" missiyası çərçivəsində ABŞ 2016-cı ildə bu ölkədə istifadə etdiyi 12000 ədəd "Humvee" maşınlarından 492 ədədini yerli güc strukturlarının istifadəsinə verdi.

Hərbi texnikanın digər ölkələrə verilməsi Ağ Evin "İzafi hərbi texnika və silahların verilməsi" (Excess Defense Article, EDA) proqramı çərçivəsində həyata keçirilir. Bu proqramdan İsrail, İraq, Əfqanıstan, Gürcüstan və Özbəkistanın yararlandığı məlumdur. İsrail 2012-ci ildə ABŞ-dan 2500 ədəd az istifadə olunmuş "Humvee" maşınları əldə etdi. Onların əksəriyyəti ehtiyatda yerləşdirilərək yalnız yalnız hərbi əməliyyatlar zamanı istifadə edilmək üçün nəzərdə tutulurdu. Bu əməliyyatda İraq və Əfqanıstanda istifadə olunan ABŞ maşınları üçün zirehləməni həyata keçirən İsrail firmalarından birinin vasitəçilik etdiyi ehtimal olunur.

Sonuncu dəfə bu maşınlardan 328 ədədinin Əfqanıstanla daha ciddi problemlər yaşayan Türkmənistan və ya Tacikistana deyil, Özbəkistana əvəzsiz olaraq verilməsi də bəzi suallar yaratdı. Bunu Özbəkistanın digərlərindən fərqli olaraq KTMT üzvü olmaması ilə əlaqələndirmək də olar, lakin bu yeganə səbəb ola bilməzdi.

"Humvee" modifikasiyaları

AIM-120 zenit raketlərinin quraşdırılması üçün nəzərdə tutulan M-998 "Humvee" (1984-1993) - baza şassisidir.

"Boeing Aerospace" tərəfindən hazırlanan "Stinger" zenit-raket sistemi üçün hazırlanan versiya M-998 "Avenger" adlanırdı. Onların ilk 30 ədədi 1990-cı ilin yanvarında qoşunlara təhvil verildi, ABŞ ordusu üçün onlardan cəmi 1207 ədəd alınıb.

Bundan əlavə, M-998 "Avenger"in eksperimental versiyası, ingilislərin lazerlə hədəfə yönləndirilən "StarStrike" zenit raketləri ilə təchiz edilirdi. Ümumilikdə "Humvee" ailəsi 3 nəsilə bölünür.

Birinci nəsli:

M-996 - ikiyerlik kabinə malik təcili yardım;
M-997 - dördyerlik kabinə malik təcili yardım;
M-966 - zirehli və TOW tank əleyhinə sistemə malik təcili yardım;
M-1025 - tam qapalı dörd nəfərlik;
M-1026 - tam qapalı dörd nəfərlik və dartıcı qurğuya malik;
M-1036 - TOW tank əleyhinə sistemə malik zirehli;
M-1035 - dörd qapılı kabinə malik sanitar;
M-1037 - ikiyerlik furqon;
M-1038 - dartıcı qurğuya malik və üstü açıq yük maşını;
M-1042 - dartıcı qurğuya malik, ikiyerlik furqon;
M-1043 - zirehli, tam qapalı dörd nəfərlik;
M-1044 - dartıcı qurğuya malik, tam qapalı dörd nəfərlik zirehli;
M-1045 - tam qapalı dörd nəfərlik ;
M-1046 - dartıcı qurğuya, TOW tank əleyhinə sistemə və gücləndirilən zirehə malik;
M-1097 - ikiyerlik pikap;
M-1097A1 - dartıcı qurğuya malik ikiyerlik pikap.

"Kaman Sciences Corp", "Kolorado Springs", "FMC Corp", "Odetics Inc", JPL, "Martin Marietta Corp" tərəfindən istehsal edilən optik elektron, termal, lazer, naviqasiya və kəşfiyyat moduluna malik robot maşını və s. versiyalarda istehsal edilib.

İkinci nəsil:

M-1097A2 (1993-2005) - baza şassisi;
M-997A2 - ikiyerlik təcili yardım;
M-1025A2 - tam qapalı dördyerlik və zirehli (çəkisi 3.7 t);
M-1043A2 - tam qapalı dördyerlik;
M-1045A2 - tam qapalı dördyerlik;
M-1035A2 - dörd qapılı təcili yardım;
M-1113 - ikiyerlik kabin;
M-1114 - gücləndirilmiş zirehli (çəkisi 4.5 t);
M-1116 - ikiyerlik gücləndirilmiş zirehli versiyalarda istehsal edilib.

Üçüncü nəsil:

M-1165 (2006-cı ildən) - baza şassisi;
M-1151 - tam qapalı dördyerlik;
M-1152 versiyalarında istehsal edilib.

2009-cu ildə ABŞ-ın "Textron Systems" və "Granite" şirkətləri maşının təhlükəsizliyini artırmaq, yeni "Cummins" dizel mühərriki və "Allison" 2500SP yeni bir ötürmə sisteminin quraşdırılmasını nəzərdə tutan SCTV modernləşdirmə layihəsi hazırladılar.

2012-ci ilin oktyabr ayında ABŞ Müdafiə Nazirliyi MECV-S üçün maşın təhlükəsizliyini daha da artırmaq məqsədi ilə 48.000.000 ABŞ dolları dəyərində modernizasiya layihəsi elan etdi.

"Humvee" maşınlarının hazırda bir çox ölkələrdə analoqları istehsal edilir.

L-ATV (JLTV) ("Humvee"ni əvəz edəcəyi ehtimal olunurdu) ABŞ-da istehsal olunur. Yaponiyanın "Toyota Mega Cruiser" (Yaponiya hərbi və mülki nəqliyyat vasitəsidir), İspaniyanın URO VAMTAC, İsveçrənin "MOWAG Eagle", Britaniyanın "International MXT-MV", İtaliyanın "Iveco LMV", BƏƏ-nin "Nimr", Avstraliyanın "Hawkei" modelləri də "Humvee" maşınlarının real rəqibləri hesab edilir.

Mənfi və müsbət cəhətləri

"Humvee" erkən nəsil ciplərdən kifayət qədər əhəmiyyətli üstünlüklərinə baxmayaraq, zirehli bir maşın və ya zirehli personal daşıyıcısı kimi ideal hesab edilmir. Əvvəlcə bu maşınların mənfi cəhətlərinə diqqət yetirək. Heç bir mənbədə "Humvee" maşınlarının gecə işıqlanma avadanlıqlarından istifadə etmədən idarəedilməsi imkanları barədə məlumata rast gəlmədik. Bu tip maşınların insan gözü ilə seçilməyən infraqırmızı müşahidə cihazları və termal kameralarla təchiz edilməsi rəqib üçün məhdud görmə şəraitində ciddi sürpirizlər vəd edə bilər.

Şəxsi heyətin rahatlığını təmin etmək üçün kondisionerin quraşdırılmaması da təəccüblüdür. Hərəkət təhlükəsizliyi üçün elektron sabitləşdirici sistemin (ESP) tətbiqi də məqsədəuyğun ola bilərdi. Avtomobilin ətrafında, xüsusilə arxada baş verənləri müşahidə etmək çətindir. Arxa yan kameralar sürücünün ətraf haqqında məlumatlarını artıra bilər.

Belə böyük bir avtomobilin maksimum dörd nəfər daşıması çox azdır, məsələn "Humvee" bazasında yaradılan Türkiyənin "Otokar" şirkətinin "Cobra" zirehli personal daşıyıcısı ölçülərini bir az dəyişməklə 7 oturacaqla təchiz edilib.

"Humvee" zirehli maşınlarının müsbət cəhətləri arasında onun minalara, qəlpələrə və güllələrə qarşı qorunmasının qəbul edilən standartlara uyğunluğunu, öz sinifində bəlkə də ən yüksək keçicilik qabiliyyətinə malik olmasını, ağlasığmaz maneələri belə dəf etməsini göstərmək olar. Maşını digər analoqları ilə müqayisədə daha yastı konfiqurasiyaya malikdir, insan boyuna uyğun maşın hündürlüyü onun döyüş əməliyyatları bölgəsində maskalanmasına münbit şərait yaradır. "Humvee" zirehli olmasına baxmayaraq, həm kütləsi, həm də yanacaq istehlakı qəbuledilən normalar daxilindədir və heç bir halda yüksək hesab edilə bilməz.

Avtomatik sürətlər qutusu maşının idarəetməsini sadələşdirir. Zirehli şüşələrin tətbiqi və deşilən şinlərlə hadisə yerini müstəqil tərk etmək, sürücü və heyət üzvləri ilə bərabər maşının özünün də təhlükəsizliyinə müsbət təsir göstərir.

"Humvee" maşınlarının desant çıxarma əməliyyatlarında və ya təxliyə proseslərində həm UH-60A "Blackhawk" helikopterinin asqılarında daşınmaq, həm də paraşüt ilə endirilmək imkanları bu maşınların ən üstün xüsusiyyətlərindən hesab edilir.

Mənbələr:

https://www.kolesa.ru/test-drive/spasti-ryadovogo-grejsi-test-drajv-armejskogo-hummer
https://ru.wikipedia.org/wiki/HMMWV
https://ria.ru/20161006/1478612108.html?in=t
https://www.kolesa.ru/article/genialnaya-posredstvennost-kak-sozdavalsya-humvee-glavnyj-armejskij-avtomobil-ssha

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Humvee   ABŞ   Azərbaycan   Sülhməramlılar  

Azərbaycan sülhməramlılarının ABŞ istehsalı Çoxməqsədli Nəqliyyat Vasitəsi - HUMVEE (HƏRBİ EKSPERT)

2019/10/23-1570861104.jpg
Oxunub: 3013     11:52     12 Oktyabr 2019    