“Köçəryanın işi artıq erməni-rus dövlətlərarası əlaqələrində problem yaradıb” - Kolerov

2019/05/modes-1557993858.jpg
Oxunub: 1378     16:13     09 Oktyabr 2019    
“Mən hesab etmirəm ki, dövlətlərarası münasibətlərdə şəxsi hesabların təmizlənməsi, ictimai konpensasiyanın çevrilməsi dövlətlərarası münasibətlər üçün yaxşıdır. Lakin Ermənistanın yeni hakimiyyətinin seçimi bu cürdür”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Rusiyanın birinci dərəcəli dövlət müşaviri, “Regnum” xəbər agentliyinin baş redaktoru Modest Kolerov Rusiya prezidenti Vladimir Putinin İrəvana etdiyi səfərə toxunarkən bildirib.

Kolerov bildirib ki, Vladimir Putinin bu səfəri Ermənistan üçün yox, Avrasiya İqtisadi Birliyinin tədbirində iştirak etmək üçün idi.

“Ermənistana səfər olmayıb”, - deyə o qeyd edib.

Kolerov Robert Köçəryanın həyat yoldaşı ilə Putinin görüşünün kifayət qədər uzun və detallı olduğunu vurğulayıb.

“Bu barədə rəsmi açıqlama yoxdur, mən hətta hesab edirəm ki, açıqlama olacağı ehtimalı azdır. Böyük ehtimal Bela Köçəryan Ermənistanda hökm sürən vəziyyət haqqında Putinə məlumat verib”, - deyə o qeyd edib.

Kolerov hesab etmir ki, dövlətlərarası münasibətlərdə şəxsi hesabların təmizlənməsi, ictimai konpensasiyanın çevrilməsi dövlətlərarası münasibətlər üçün yaxşıdır.

“Lakin Ermənistanın yeni hakimiyyətinin seçimi bu cürdür”, - deyə o bildirib.

Onun sözlərinə görə, artıq dövlətlərarası münasibətlərdə problemlər var.

“Köçəryanın işi artıq erməni-rus dövlətlərarası əlaqələrində problem yaradıb”,- deyə birinci dərəcəli müşavir bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Rusiya   Kolerov  

“Köçəryanın işi artıq erməni-rus dövlətlərarası əlaqələrində problem yaradıb” - Kolerov

2019/05/modes-1557993858.jpg
Oxunub: 1381     16:13     09 Oktyabr 2019    