Keçmiş erməni hərbi qulluqçu Ermənistan MN-i məhkəmədə udub - DETALLAR

2019/10/l-iWI-1570615748.jpg
Oxunub: 2242     17:08     09 Oktyabr 2019    
Keçmiş hərbçi Tsolak Xaçatryan bir neçə gün əvvəl İnzibati Apelyasiya Məhkəməsində Müdafiə Nazirliyinə qarşı qaldırdığı iddiada qələbə qazanıb.

Hakim Artur Poğosyanın sədrliyi ilə keçirilən məhkəmə, Ermənistan Müdafiə Nazirliyini Xaçatryana 288.5 gün istifadə edilməmiş məzuniyyət və 2014-cü ildən başlayaraq gündə 0,15 faiz cərimə ödəməyinə dair hökm verib. Faktiki olaraq, MN keçmiş hərbi qulluqçusuna təxminən 12 milyon dram ödəyəcək.

“İstəyirəm ki, insanlarda aclıq aksiyası vasitəsilə buna nail olduğuma dair kortəbii fikir formalaşmasın. Özümü divarlara da vursam, şikayətimi təmin etməzdilər”, - deyə keçmiş erməni hərbi qulluqçu bildirib.

Ona ödəniləcək məbləği əldə etmək üçün keçmiş hərbi qulluqçu Tsolak Xaçatryan 2016-cı ildən bəri məhkəmə çəkişmələrindədir.

O, Ermənistan MN-i ona verilməli olan 307 gün müqabilində məzuniyyət pulu və ödəniş vaxtını pozduğuna görə gündəlik 0.15% cərimə ödənilməsi üçün 1-ci instansiya məhkəməsinə iddia ilə müraciət edib.

İşin araşdırılmasında müəyyən edildi ki, qanun hərbi qulluqçulara yalnız son iki il üzrə kompensasiya ödənilməsini nəzərdə tutur. İddiaçı isə 1998-ci ildən 2014-cü ilədək olan müddət ərzində istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya ödənilməsini tələb edirdi.

“Biz hesab edirik ki, qanun konstitusiyaya ziddir. Buna görə də məhkəməyə vəsatət qaldırdıq ki, məhkəmə Konstitusiya məhkəməsinə müraciət etsin. Qısa vaxt sonra Konstitusiya məhkəməsi vəsatəti icraata qəbul etdi. Məhkəmə, qeyd edilən 2 il müddəti hərbi qulluqçulara qarşı ayrıseçkilik olduğu, qanunun bu maddəsinin Konstitusiyaya zidd olması və bütün günlərə görə kompensasiya ödənilməli olduğuna dair qərar qəbul edib”, - deyə Xaçatryanın vəkili Karen Tonoyan bildirib.

Konstitusiya məhkəməsinin qərarından sonra işin icraatına başlanıldı.

Məhəkəmədə Ermənistan MN-in nümayəndəsi bildirib ki, yalnız 210 gün üçün nəzərdə tutulan kompensasiyanı ödəyəcək. Daha sonra MN tərəfindən hər hansı ödəniş etməkdən imtina edildiyi barədə məhkəməyə yazılı bildiriş göndərilib və məhkəmə iclaslarında iştirak etməkdən imtina edilib.

1 -ci istansiya məhkəməsi 277 gün müqabilində kompensasiya ödənilməsi, cərimə hissəsinin isə rədd olunması haqqında qərar qəbul edib. İddianın rədd edilməsinə əsas kimi, iddiaçı tərəfindən kompensasiya ödənilməsi barədə vəsatətin daxil olmasının zəruriliyini göstərib. Məhkəmədən bildirilib ki, 0.15% cərimə ilə bağlı ayrıca iddia verilməlidir.

“Biz məhkəmənin qərarı ilə razı deyildik və hesab edirdik ki, bizim verdiyimiz iddia qərar qəbul edilməsi üçün kifayət edərdi. Buna görə də Apelyasiya Məhkəməsinə müraciət etdik. Eyni zamanda Müdafiə Nazirliyi və Maliyyə nazirliyi də şikayət etdi. Onlar isə hesab edirdi ki, ümumiyyətlə iddia tam rədd edilməli və heç bir kompensasiya ödənilməməlidir. Ancaq İnzibati Apelyasiya Məhkəməsi nəinki bizim iddianı təmin etdi, hətta kompensasiya günlərinin sayını 277-dən 288.5 gün müddətinədək artırdı. O cümlədən 0.15% cərimənin tam ödənilməsi barədə nazirliyə öhdəlik qoyulması barədə qərar qəbul etdi”, - deyə vəkil Tonoyan bildirib.

Əgər MN qəbul edilən qərardan Kassasiya məhkəməsinə şikayət iddiası təqdim etməzsə, keçmiş hərbi qulluqçu yaxın gələcəkdə ona verilməli olan kompensasiyanı alacaq. Lakin Tsolak Xaçatryan əmindir ki, Kassasiya məhkəməsi də onun lehinə qərar qəbul edəcək.

Əlavə edək ki, aidiyyəti orqanlara şikayətini çatdırmaq üçün keçmiş hərbi qulluqçu Tsolak Xaçatryan Ermənistan hökumət binası qarşısında 17 gün aclıq aksiyası keçirib. O, yalnız iddiasının təmin edilməsini yox, həm də xidmətdən azad edilməsinə görə əmək haqqının 15 misli qədər birdəfəlik ödənişin, həmçinin şənbə günlərində işlədiyi günlərinə görə ödənişin verilməsini tələb edirdi.

Aclıq aksiyası günlərində Paşinyanın köməkçisi Nairi Sarkisyan, həmçinin mətbuat katibi Vladimir Karapetyan onunla görüşüb. Onların tövsiyyəsi ilə Tsolak Xaçatryan aclıq aksiyasını dayandırdı.

“Mən, yalnız mənim hüquqlarımın bərpa olunması uğrunda deyil, onlara verilməli olan maliyyə ödənişlərini ala bilməyən bütün hərbi qulluqçular üçün mübarizə aparırdım. Bu kateqoriyadan olan insanlar isə çoxdur. Mənim işim üzrə verilən qərar başlangıcdır, inşallah bu, qalanlarına şikayət edib pullarını geri almaq üçün ümid verəcəkdir”, - deyə Xaçatryan bildirib..

O qeyd edib ki, Artsrun Hovhanisyan onun şəxsiyyətini ləkələmək niyyətində olub.

Tsolak Xaçatryan Ermənistan MN-dən yalnız ona çatan maddi ödənişi almaq problemi ilə üzləşməyib, o, həmçinin MN-in mətbuat katibi Artsrun Hovhanisyanın bir neçə ay öncə onun barəsində şəxsi işindən götürülmə məlumatları təqdim etməsi problemini də həll etmək fikrindədir.

Keçmiş erməni hərbi qulluqçunun iddiasına görə, onun şəxsi işi üzərində “məxfi” qrif var. Bununla da faktiki olaraq, onun xəbəri olmadan hər hansı məlumatın açıqlanması və yayılması qadağan edilır.

“Artsrun Hovhanisyanın mənim razılığım olmadan, mənim şəxsi işimdən götürülən şəxsi məlumatlarımı mətbuata ötürməyə və ya öz “Facebook” səhifəsində yayımlamağa haqqı yox idi. Buna görə məndən icazə almayıb. Onun birbaşa niyyəti mənim şəxsiyyətimi ləkələmək olub”, - deyə Xaçatryan bildirib.

Xaçatryan yol verilən cinayət barədə prokurorluğa müraciət edib. Lakin əsassız olaraq verilən iddia rədd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Etiraz  

Keçmiş erməni hərbi qulluqçu Ermənistan MN-i məhkəmədə udub - DETALLAR

2019/10/l-iWI-1570615748.jpg
Oxunub: 2245     17:08     09 Oktyabr 2019    