“Politik.am”: “Postsovetdə Azərbaycanpərəst fikirlər güclənir, ancaq İrəvanda yalnız daxili məsələlərlə məşğul olurlar”

2019/10/d29ff-1570615616.jpg
Oxunub: 1254     10:54     10 Oktyabr 2019    
Son həftələrdə Ermənistan-Ukrayna və Ermənistan-Qazaxıstan münasibətlərində olduqca maraqlı və dramatik hadisələr baş verir. Paşinyan bir tərəfdən Ukrayna Prezidenti Vladimir Zelenskiyə görə Rusiya Prezidenti Vladimir Putinlə ünsiyyət qurması üçün “master-klass” keçirsə, digər halda Kasim-Jomart Tokayevlə selfi çəkdirir.

Ukrayna Xarici İşlər Nazirliyi öz vətəndaşlarına müraciət edərək, Cənubi Qafqaza səyahət edərkən Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağa getdikdə Gürcüstan və Azərbaycan qanunvericiliyini rəhbər tutmağa dair çağırış edir. Daha sonra, xəbərdarlığın Ukrayna dövləti və Ukrayna xalqının maraqlarından və təhlükəsizliyindən yersiz məhkəmə proseslərindən uzaq durma istəyi və ya niyyətindən irəli gəldiyini əlavə edir.

Bakıda keçirilən ədəbi festivalda iştirak etmək üçün Azərbaycana səfər edən tanınmış qazax ictimai-siyasi xadimi, yazıçı Oljas Süleymanov “Vestnik Kavkaza” nəşrinə müsahibəsində bildirib ki, yalnız Ermənistanda Qarabağı Ermənistan hesab edirlər və dünyanın heç bir yerində belə düşünmürlər və BMT-nin Qarabağı tanımaması çox vacibdir.

“Ukrayna məsələsində Ermənistan Xarici İşlər Nazirliyinin hər hansı şəkildə reaksiyası olsa da, yeri gəlmişkən daima Azərbaycanın maraqları üçün lobbiçiliklə məşğul olan Oljas Süleymanovun işində, hətta Nur-Sultandakı erməni diplomatik nümayəndəliyi səviyyəsində də, heç kim cavab verməyi lazım bilməyib. Heç olmasa bu kimi ifadələrin danışıqlar prosesinə zərər verə biləcəyini söyləmək lazım idi”, - deyə Ermənistanın “Politik.am” nəşri qeyd edib.

Nəşr bildirib ki, bir halda açıq-aydın bir qərbyönümlü ölkə olan Ukraynadır, digər halda isə müttəfiq Qazaxıstanı təmsil edən nüfuzlu xadimdir.

“Ancaq istənilən halda Qazaxıstanın həmişə Azərbaycanpərəst olmasını unutmayaq, ən azı bu ölkənin ilk prezidenti Nursultan Nazarbayevin açıqlamalarını və hərəkətlərini xatırlamaq lazımdır”, - deyə nəşr qeyd edib.

Hər halda, Ukrayna məsələsində belə bir yanaşmanın aparılmasını anlamaq olar, çünki Ermənistan heç olmasa Krım məsələsində Kiyevin xeyrinə hər hansı bir bəyanatla çıxış etmir. Qazaxıstana gəldikdə isə Ermənistanın təmsil olunduğu bütün regional inteqrasiya ittifaqlarında təmsil olunur və bu mənada müttəfiqdir. Belə deyək, reallıq İrəvanın lehinə deyil.

“Postsovet məkanında Azərbaycanlıyönümlü fikirlər güclənməyə başlayıb, İrəvanda isə xarici siyasi cəbhəni unudaraq, yalnız daxili siyasi gündəm məsələlərini həll etməklə məşğul olurlar”, - deyə “Politik.am” qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran  

“Politik.am”: “Postsovetdə Azərbaycanpərəst fikirlər güclənir, ancaq İrəvanda yalnız daxili məsələlərlə məşğul olurlar”

2019/10/d29ff-1570615616.jpg
Oxunub: 1255     10:54     10 Oktyabr 2019    