Keçmiş hərbi qulluqçu məhkəmədə Ermənistan MN-ə qalib gəlib

2019/10/colak-1570615442.jpg
Oxunub: 511     14:22     09 Oktyabr 2019    
Oktyabrın 2-də Tsolak Xaçatryanın iddiası ilə bağlı Ermənistan İnzibati Apelyasiya Məhkəməsində faktiki olaraq keçmiş hərbi qulluqçu cavabdeh tərəf olan Ermənistan MN-ə qalib gəlib.

Ordu.az erməni erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan İnzibati Apelyasiya Məhkəməsi aşağı məhkəmənin ötən ilin 16 oktyabr tarixli qərarı ilə bağlı mübahisəli məsələyə yenidən baxıb.

Etiraz edilən qərara görə, Tsolak Xaçatryanın Ermənistan Müdafiə Nazirliyinə qarşı istifadə olunmamış 354 gün üçün məzuniyyətlə əlaqədar 6.944.283 dram miqdarında iddiası və gündəlik cərimə ödəmə öhdəliyinə görə gündə 0,15% cərimə tələbi qismən təmin edilib.

Məhkəmə Ermənistan MN-ə Xaçatryana 277 gün istifadə olunmamış məzuniyyət günlərinə görə ödəniş edilməsinə qərar verib və iddianın qalan hissəsini rədd edib.

Qeyd edək ki, Xaçatryan 1995-ci ildən 2014-cü ilə qədər Ermənistan SQ-də xidmət edib. 2014-cü ildə iddiaçı xidmətdən azad edilib, lakin ona o zaman istifadə edilməmiş məzuniyyətlərə görə pul kompensasiyası ödənilməyib.

Bundan sonra iddiaçı Ermənistan MN-ə hesablaşmanın və buna görə tətbiq olunan cərimələrin ödənilməsini (Ərizə 30.06.2016 tarixində tərtib edilib, Müdafiə Nazirliyinin poçtu tərəfindən 04.07.2016 tarixinə qəbul olunub) tələb edib. Xaçatryan cavab almadıqda, İnzibati Məhkəməyə müraciət edib.

Keçmiş erməni zabit nazirlik qarşısında dəfələrlə aclıq aksiyası keçirsə də məsələ həll edilməyib.

Ermənistanın Konstitusiya Məhkəməsinə müraciəti və məhkəmənin verdiyi qərarla Ermənistan MN tərəfindən keçmiş hərbi qulluqçuya 204 gün müqabilində istifadə edilməmiş məzuniyyət günlərinə görə 1 ay ərzində kompensasiya ödənilməsinə dair qərar qəbul edilsə də, bu qərar da icra edilməyib.

Hazırda isə əgər Ermənistan MN İnzibati Apelyasiya Məhkəməsinin qərarından şikayət verməzsə, keçmiş hərbi qulluqçu ona verilməli olan maddi ödənişi ala biləcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Etiraz  

Keçmiş hərbi qulluqçu məhkəmədə Ermənistan MN-ə qalib gəlib

2019/10/colak-1570615442.jpg
Oxunub: 514     14:22     09 Oktyabr 2019    