Ermənistan MN-də korrupsiya işi ilə bağlı yeniliklər var

2018/03/18_03_01_1519896198_151989947124_1520267710.jpg
Oxunub: 598     12:53     09 Oktyabr 2019    
2018-ci il iyunun 13-də Ermənistan Dövlət Gəlirləri Komitəsinin istintaq idarəsi Ermənistan Müdafiə Nazirliyində sui-istifadələrlə bağlı bəyanat yayıb.

Təxminən bir il keçib, lakin ilkin istintaq orqanı susur. Bəs nə olub?

Rəsmi açıqlamaya görə, Ermənistan Müdafiə Nazirliyində 2014-2017-ci illərdə satınalmalar və ordu quruculuğu sahəsində mövcud sui-istifadələr işi üzrə Müdafiə Nazirliyinin Kapital İnşaat və Qoşunların Mənzil İdarəsinin İstehsal Texniki bölməsinin sabiq rəisi Qriqor Barseğyana qarşı ittiham irəli sürülüb. O, rəsmi səlahiyyətlərindən sui-istifadə, xüsusilə böyük məbləğdə fırıldaqçılıq, xüsusilə böyük məbləğdə rüşvət almaq, saxta sənəd hazırlamaq müddəaları ilə ittiham olunub.

Bundan başqa, iş çərçivəsində sabiq Müdafiə naziri Sehran Ohanyan da dindirilib. 1 il 4 ay keçib, lakin ilkin istintaq orqanı bu işin çıxışı haqqında susur.

Məlumata görə, bu işdən bir hissə ayrılıb və ilkin istintaqın başa çatması elan edilib. İşin digər bir hissəsini isə ilkin istintaq davam etdirir.

Yeri gəlmişkən, cinayət işi üzrə ittiham edilən şəxslər onlara qarşı irəli sürülmüş ittihamı qəbul etməyiblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Korrupsiya  

Ermənistan MN-də korrupsiya işi ilə bağlı yeniliklər var

2018/03/18_03_01_1519896198_151989947124_1520267710.jpg
Oxunub: 601     12:53     09 Oktyabr 2019    