“Nəvəm oğlumun yolunu davam etdirəcək”

2019/10/c9f81-1570606454.jpg
Oxunub: 376     14:33     09 Oktyabr 2019    
Babək rayonunun Nehrəm kəndində övladının həsrəti bəyaz qar kimi saçlarına hopan, ürəyində düşmənə nifrəti, gözlərində qələbəyə ümid qığılcımı gəzdirən şəhid anasıyla - Nərgiz anayla görüşmək, onunla həmsöhbət olmaq həm çətin, həm də şərəfli idi mənim üçün. Nərgiz ananın söhbətini dinlədikcə vətənpərvər, vətənpərvər olduğu qədər məğrur, məğrur olduğu qədər də duyum sahibi olan bir ana obrazı canlanırdı gözümdə.

Nərgiz ana ali təhsillidir. Sovet dövründə kolxozda briqadir olub. Fəaliyyət göstərdiyi müddətdə "Qırmızı əmək bayrağı" ordeni alıb, yaxşı işinə görə dəfələrlə fəxri fərmanlara layiq görülüb. Ailə qurduqdan sonra əmək fəaliyyətini dayandırıb. 4 övlad böyüdüb. 4-ü də ali təhsilli. Görüşümüz üçüncü övladı Zaminlə bağlıdı. Nərgiz ana Zaminin şəkillərini göstərir, haqqında qürurla danışırdı. Danışdıqca fərəhlənir, gözlərinin işığı artır elə bil. Düşünürəm: şəhidlər kimi, belə oğul böyüdən anaları da unutmaq olmaz. Onların ziyarətinə getmək, onlarla həmsöhbət olmaq vətəndaşlıq borcumuzdur.

Nərgiz ana oğlu haqqında xatirələrini danışdı:

- Ailə qurmağa tələsmirdi. Bizim təkidimizdən sonra qohumlardan birinin qızı ilə nişanladıq. Toy hazırlıqlarına başladıq. Otağını bəzədik. İndi bu otaq onun xatirəsilə dolub. Divardan asılan üçrəngli bayrağımız, Zaminin hərbi forması, şəkilləri... Bura bizim üçün, onu tanımayanlar üçün vətənpərvərlik muzeyidir. Hər gün işdən gəlib ilk bu otağa keçirəm. Ana-bala söhbət edirik.

1985-ci il oktyabrın 5-də Nehrəm kəndində dünyaya göz açan Zaminin anasının arzusu onu həkim görmək idi. Uşaq yaşlarından əlinə keçən məftilləri əyib gah tank, gah da avtomat düzəldirmiş; özünə də bəlli olmayan bir istəyi varmış...

Nərgiz ana bildirdi ki, oğlu öz yolunu seçibmiş. Onun seçiminə hörmətlə yanaşdıq. Orta məktəbdə oxuyarkən artıq Sovet İttifaqı dağılmışdı, Azərbaycanın müstəqilliyini qorumaq uğrunda mübarizə aparırdı. Ulu öndər Heydər Əliyevin sərəncamı ilə 1998-ci ildə Naxçıvanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin filialı yaradıldı. Böyük qardaşı Zaur bu liseyin ilk məzunlarındandır. 2000-ci ildə Zamin Hərbi liseyin kursantı oldu. Liseyi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini də uğurla başa vurdu, leytenant rütbəsi ilə ordu sıralarında xidmətə başlayan Zamin öz istəyi ilə cəbhə bölgəsinə göndərildi.

Leytenant Zamin Məmmədov 2008-ci ildə ayağından güllə yarası alsa da, müalicə olunub yenidən səngərə qayıdır.

Sonuncu məzuniyyəti 2010-cu ilin oktyabrına təsadüf edir. Anasının xahişi ilə sinif və kursant yoldaşlarını ad gününə dəvət edir. Bu onun həyatında təmtəraqlı qeyd olunan ilk və sonuncu ad günü olur.

Yeni il ərəfəsində Azərbaycan televiziyasının əməkdaşları Zamin Məmmədovdan müsahibə alır və onun "Arzuların varmı?", - sualına cavabı belə olur.

- Taqım komandiri leytenant Zamin Allahverdi oğlu Məmmədov. Yeni ili işğaldan azad olunacaq torpaqlarda qeyd etmək. Ali Baş Komandanın əmrini gözləyirik. Bu əmri layiqincə yerinə yetirəcəyimizə əminəm.

2011-ci il yanvarın 25-də ermənilərin açdığı atəş nəticəsində Zamin Məmmədov şəhid olub.

- Divara asılmış bayrağa bükülüb gəlib oğlum. Həmin bayrağı məzarı üstünə sancmaq istədilər, qoymadım. Tanrı mənə ömür versin, torpaqlarımızın azad olunmasını görüm. O bayrağı öz əllərimlə Zaminin uğrunda şəhid olduğu torpaqlara sancacağam. Qocalıb əldən düşsəm də, sürünə-sürünə də olsa, o torpaqlara gedəcəyəm, - dedi şəhidin anası.

- Lələtəpə yüksəkliyinin alınması xəbərini eşidəndə işdən çıxıb qaça-qaça evə gəldim. Bu şad xəbəri Zaminə yetirmək üçün. Saatlarla dayandım şəklinin qarşısında. Ana-bala söhbət etdik. Sanki mənə dünyaları vermişdilər. Oğlumun ruhu az da olsa, dinclik tapırdı axı. Bundan iki il sonra Günnüt zəfəri mənə qol-qanad verdi. Oğlumun itkisindən sonra hər iki zəfər müjdəsi mənim üçün əvəzedilməz pay idi.

- Nəvəm Ramal Abbasov bu il Heydər Əliyev adına Hərbi Liseyə qəbul olub. Çox sevindim. Özüm də liseyə getdim. Liseydə şəhid məzunların xatirəsinə həsr olunmuş lövhədə Zaminin də şəkli var. Nəvəmin əlindən tutub ora apardım. "Bax, dayınla öyün" dedim. Onun getdiyi yolun davamçısı ol.

Şəhid oğula da, şəhid oğul anasına da ehtiramımız tükənməyəcək.

Oktyabrın 5-i onun doğum günüdür - demişdi Nərgiz ana. Şəhidlər ölmür, şəhidlər unudulmur...

...Sənə də ehtiramımız var, Nərgiz ana. Sən şəhid anasısan. Oğlun Zaminin yolunu nəvən Ramal davam etdirəcək...

Ruhiyyə Rəsulova, Naxçıvan Televiziyasının baş redaktoru
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Naxçıvan   Ordu  

“Nəvəm oğlumun yolunu davam etdirəcək”

2019/10/c9f81-1570606454.jpg
Oxunub: 379     14:33     09 Oktyabr 2019    