"Əl-Qaidə"nin Cənubi Asiya üzrə lideri öldürülüb

2019/10/afgha-1570598407.jpg
Oxunub: 527     13:48     09 Oktyabr 2019    
"Əl-Qaidə" terror təşkilatının Cənubi Asiya üzrə rəhbəri Əfqanıstanın cənubunda digər silahdaşları ilə bərabər öldürülüb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan kəşfiyyat agentliyi olan Milli Təhlükəsizlik Direktoriyası məlumat yayıb.

Açıqlamada deyilir ki, ötən ay keçirilən NATO qüvvələrinin də qatıldığı birgə əməiyyat nəticəsində Asim Ömər Helmənd vilayətinin Musa Qala rayonunda öldürülüb.

Əməliyyatın 23 sentyabr tarixində keçirildiyi güman edilir. Əsir götürülən şəxslər arasında bəzi Pakistan vətəndaşlarının da olduğu bildirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Əl-Qaidə   Cənubi-Asiya   Əfqanıstan  

"Əl-Qaidə"nin Cənubi Asiya üzrə lideri öldürülüb

2019/10/afgha-1570598407.jpg
Oxunub: 528     13:48     09 Oktyabr 2019    