Pentaqon: ABŞ-ın Suriyadakı hərbi iştirakı dəyişilməz olaraq qalır

2019/10/10497-1570262522.jpg
Oxunub: 580     11:10     09 Oktyabr 2019    
"ABŞ Türkiyə tərəfindən Suriyanın şimalında hərbi əməliyyatın planlaşdırılması ilə əlaqədar hərbçilərini bu ərazidən çıxarıb".

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Pentaqonun mətbuat xidmətinin nümayəndəsi Conatan Hoffman deyib.

C.Hoffman vurğulayıb ki, ABŞ-ın Suriyadakı hərbi iştirakı dəyişilməz olaraq qalır.

"Nazirliyin mövqeyi belə idi və belə qalır ki, təhlükəsizlik zonasının yaradılması - Suriyanın şimalında sabitliyin qorunması üçün ən yaxşı yoldur. Təəssüf ki, Türkiyə birtərəfli qaydada hərəkət etmək qərarına gəlib. Nəticədə biz ABŞ qüvvələrini Türkiyənin potensial müdaxilə yolu olan Suriyanın şimalından onların təhlükəsizliyini təmin etmək üçün çıxardıq", - deyə o qeyd edib.

Hoffman bildirib ki, prezident Trampın Suriyanın şimalında Türkiyə ilə birgə əməliyyata qoşulmaması ilə bağlı qərarını Pentaqonla razılaşdırmaması ilə bağlı səsləndirilən iddialar əsassızdır: “Əksinə, ABŞ prezidenti Türkiyənin hərbi əməliyyatları, eləcə də Suriyanın şimalındakı vəziyyət barədə müdafiə naziri Mark Esperlə və Baş Qərargah rəisi general Mark Milley ilə məsləhətləşmələr aparıb”.

Nümayəndə əlavə edib ki, hazırda ABŞ Suriyada hərbi iştirakında dəyişikliklər etməyib.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp bildirib ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimal-şərqində əməliyyat keçirəcəyi bölgədə Birləşmiş Ştatlar ordusunun 50 hərbi qulluqçusu var.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Pentaqon   ABŞ   Türkiyə   Suriya  

Pentaqon: ABŞ-ın Suriyadakı hərbi iştirakı dəyişilməz olaraq qalır

2019/10/10497-1570262522.jpg
Oxunub: 583     11:10     09 Oktyabr 2019    