Türkiyə parlamenti hərbi əməliyyatların keçirilməsinə dair mandatın vaxtını uzadıb

2019/10/645x3-1570597692.jpg
Oxunub: 502     09:43     09 Oktyabr 2019    
Türkiyə parlamenti Suriyada və İraqda əməliyyatların keçirilməsinə mandatın vaxtını uzadıb.

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, mandat bir il müddətinə uzadılıb.

Belə ki, oktyabrın 4-də parlamentə təqdim olunan sənədlər toplusunda Türkiyənin cənub sərhədləri, Türkiyənin İraq və Suriya bölgələrindəki qonşu sərhədyanı ərazilərində milli təhlükəsizliyin risk altında olması, bu risklərin getdikcə artması səbəbindən müdafiəni gücləndirmək üçün prezidentin səlahiyyət müddətinin 1 il uzadılması zəruriliyi bildirilib və Türkiyə Silahlı Qüvvələrinə sözügedən ərazilərdə əlavə səlahiyyətlər verilməsi istənilib.

Parlamentin qərarına əsasən, Türkiyə Hərbi Qüvvələrinin qonşu ölkələrdə iştirakı 2020-ci ilin 30 oktyabr tarixinə qədər uzadılıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə   Suriya   İraq  

Türkiyə parlamenti hərbi əməliyyatların keçirilməsinə dair mandatın vaxtını uzadıb

2019/10/645x3-1570597692.jpg
Oxunub: 505     09:43     09 Oktyabr 2019    