ABŞ Avropada son 25 ildə ən kütləvi hərbi təlimini keçirəcək

2019/10/768-1570517786.jpg
Oxunub: 733     11:55     08 Oktyabr 2019    
ABŞ 2020-ci ilin yazında “Defender-Europe 20” adlı təlimlər keçirəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, təlimlərdə ABŞ-dan Avropaya təxminən 20 000 şəxsi heyətin və texnikanın sürətli yerləşdirilməsi nəzərdə tutulur.

Bundan başqa, təlimlərdə NATO üzvlərindən və Avropadakı digər Amerika tərəfdaşlarından ibarət qüvvələr də daxil olmaqla daha 17 min qoşun iştirak edəcək.

Bu son 25 ildə ABŞ-ın NATO çərçivəsində həyata keçirəcəyi ən böyük təlim hesab olunur.

Bundan əvvəlki ən böyük təlim, Soyuq Müharibə illərində - 1988-ci ildə 125 000 heyətin iştirak etdiyi “Reforger” təlimi hesab olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Hərbi-təlim  

ABŞ Avropada son 25 ildə ən kütləvi hərbi təlimini keçirəcək

2019/10/768-1570517786.jpg
Oxunub: 734     11:55     08 Oktyabr 2019    