Gürcüstanda NATO-nun geniş miqyaslı hərbi təlimləri keçiriləcək

2019/10/size0-1570516620.jpg
Oxunub: 644     13:15     08 Oktyabr 2019    
2020-ci ildə NATO Gürcüstanda geniş miqyaslı hərbi təlimlər keçirəcək.

Ordu.az xəbər verir ki, bu barədə nüfuzlu "The New York Times" nəşri məlumat paylaşıb.

Məlumata görə, "European Defender" hərbi təlimlərində alyansa üzv 18 ölkə iştirak edəcək. 2020-ci ilin aprel-may aylarında keçiriləcək hərbi təlimlər Almaniya, Polşa, Latviya, Litva, Estoniya, Gürcüstan da daxil olmaqla ümumilikdə 10 ölkədə baş tutacaq.

Təlimlərə ABŞ-dan 20000, Avropadan isə 8000 hərbi qulluqçu qatılacaq. ABŞ-ın son 25 ildə ilk dəfə bu qədər hərbi kontingenti Avropaya daşıdığı bildirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Gürcüstan   NATO   Təlim  

Gürcüstanda NATO-nun geniş miqyaslı hərbi təlimləri keçiriləcək

2019/10/size0-1570516620.jpg
Oxunub: 645     13:15     08 Oktyabr 2019    