TSQ mümkün yeni əməliyyat hazırlıqları üçün ASO-ya təlimlər keçib

2019/10/thumb-1570433655.jpg
Oxunub: 390     14:03     07 Oktyabr 2019    
Türk Silahlı Qüvvələrinin “Fırat qalxanı” və “Zeytun budağı” əməliyyatları çərçivəsində Azad Suriya Ordusu tərkibindəki Həmzə diviziyası və Süleyman Şah qruplarına terrorçulardan təmizlənən ərazilərdə keçdiyi hərbi hazırlıqlar tamamlanıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin “Anadolu” agentliyi məlumat yayıb.

Həmzə diviziyası və Süleyman Şah qruplarından 2000-ə yaxın şəxs PKK terroçularından təmizlənən Afrin mahalında hərbi manvrlərə qatılıb.

“Pulemyotlardan istifadə, yaxın döyüş və küçə əməliyyatları təlimləri, xəritələrdən istifadə edərək hücumların təşkil olunması, qumbaralardan istifadə və s. kimi hərbi təlimlər uğurla həyata keçirilib”, - deyə Həmzə diviziyasının rəisi Saif Əbu Bəkr bildirib.

O qeyd edib ki, iştirakçılar PKK ilə mümkün əməliyyatlar çərçivəsində qarşılaşacaqları bütün şərtlərə qarşı hazırlanıb.

Qeyd edək ki, 2015-ci ildə qurulan Həmzə diviziyası “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatları zamanı Azad Suriya Ordusu çərçivəsində Türk Silahlı Qüvvələrinə dəstək verib. Diviziya ərəb, türkmən və kürd xalqlarından təşkil olunub və təqribən 6500 üzvü var.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: TSQ   ASO  

TSQ mümkün yeni əməliyyat hazırlıqları üçün ASO-ya təlimlər keçib

2019/10/thumb-1570433655.jpg
Oxunub: 391     14:03     07 Oktyabr 2019    