Erməni politoloq: “Rusiyanın Azərbaycanda atom stansiyası tikmək siyasi addımdır”

2019/10/345-1570272472.jpg
Oxunub: 3694     21:47     05 Oktyabr 2019    
“Rusiyanın Azərbaycanda atom stansiyası tikmək təklifi təkcə iqtisadi deyil, eyni zamanda siyasi addımdır”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni politoloq Qaqik Hambaryan “Rusatom” şirkətinin baş direktoru Aleksey Lixaçovun Azərbaycan və Rusiya prezidentlərinin görüşündən sonra səsləndirdiyi bəyanata toxunarkən bildirib.

O qeyd edib ki, son bir il yarımda erməni-rus əlaqələrini nəzərə alaraq deyə bilərəm ki, Rusiya bu addımla Ermənistan hakimiyyətinə hansısa mesajı göndərir.

“İndi biz bilirik ki, bizim strateji tərəfdaşımız Azərbaycanda atom stansiyası tikmək istəyir və buna qadirdir. Bu, Ermənistan hakimiyyətinə meajdır, lakin hakimiyyətimiz onlara diplomatik mesajlar gələndə sevinirlər. Onlar (Ermənistan hakimiyyəti-red.) bunu başa düşməyəcəklər və öz addımlarını davam etdirəcəklər”,- deyə Hambrayan bildirib.

Rusiyanın bu addımının Paşinyanın Ermənistan-Rusiya əlaqələrinin parlaq olması ilə bağlı səsləndirdiyi bəyanatla ziddiyət təşkil etməsi ilə əlaqədar verilən suala cavabında politoloq bildirib ki, Ermənistan-Rusiya əlaqələrində hər hansı müsbət bir şey görmür.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Azərbaycan   AES  

Erməni politoloq: “Rusiyanın Azərbaycanda atom stansiyası tikmək siyasi addımdır”

2019/10/345-1570272472.jpg
Oxunub: 3695     21:47     05 Oktyabr 2019    