Tramp Milli Təhlükəsizlik Şurasının ştatını ixtisar edir

2019/09/10768-1569659755.jpg
Oxunub: 547     13:01     05 Oktyabr 2019    
ABŞ Prezidenti Donald Tramp Milli Təhlükəsizlik Şurasının əməkdaşları ştatını xeyli ixtisar etməyi tapşırıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, personalın ixtisarı barədə qərar milli təhlükəsizlik üzrə yeni müşavir Robert Obrayenin rəhbərliyi altında xarici siyasət qurumunun daha çevik çalışmasına hesablanıb.

Hazırda Milli Təhlükəsizlik Şurasının ştatı 310 nəfərə çatır, əməkdaşların sayı sabiq prezident Barak Obamanın hakimiyyəti dövründə xeyli artıb.

Robert Obrayen və Ağ ev aparatının şefi vəzifələrinin icraçısı Mik Malveyn ixtisarların bu həftədən etibarən başlayacağını və ixtisara düşən əməkdaşların digər departamentlərə - Pentaqona, Dövlət Departamentinə və xüsusi xidmət orqanlarına keçiriləcəyini bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Tramp   Milli-Təhlükəsizlik  

Tramp Milli Təhlükəsizlik Şurasının ştatını ixtisar edir

2019/09/10768-1569659755.jpg
Oxunub: 548     13:01     05 Oktyabr 2019    