KXDR-in raket sınağı nüvəsizləşdirmə danışıqları ərəfəsində təhlükəli hərəkətdir

2019/10/RTX75-1570262904.jpg
Oxunub: 2812     17:07     05 Oktyabr 2019    
Çərşənbə axşamı gecə Şimali Koreya Yaponiyanın iqtisadi zonası yaxınlığına orta mənzilli sualtı qayıqdan atılan raket buraxıb.

Cənubi Koreyanın hazırda Şimali Koreyaya məxsus sualtı gəmidən atılan ballistik raketlərə qarşı müdafiə sistemi yoxdur. Cənubi Koreyanın gəmiləri heç bir ballistik raket qabiliyyəti olmayan “Standard Missile-2” raketi ilə təchiz edilib.

Seul ballistik raketdən müdafiə qabiliyyətini artırmaq üçün SM-3 və ya SM-6 raketlərinin alınması ilə bağlı ABŞ-la müzakirələr aparır.

Şimali Koreya buraxdığı “Pukguksong-3” ballistik raketinin bu il istehsal edilən sayca beşinci silah olduğunu açıqlayıb.

Raket Şimali Koreya ilə nüvəsizləşdirmə danışıqları ərəfəsində atılıb.

Ekspetlər hesab edir ki, Şimali Koreya liderinin Trampa nüvə və ya qitələrarası ballistik raket sınaqları keçirməməsi ilə bağlı verdiyi vəd əhəmiyyətsizdir.

Keçmiş milli təhlükəsizlik müşaviri Con Boltonun bu yaxınlarda qeyd etdiyi kimi, qısa mənzilli raketlərin təkmilləşdirilmiş imkanları və texnologiyası Amerikanı təhdid edir.

Siyasi texnoloqlar qeyd edir ki, ABŞ sanksiyalarının tam tətbiq edilməməsi zərərli təsir göstərir.

Sevinc Əliyeva 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: KXDR   Raket-sınağı  

KXDR-in raket sınağı nüvəsizləşdirmə danışıqları ərəfəsində təhlükəli hərəkətdir

2019/10/RTX75-1570262904.jpg
Oxunub: 2813     17:07     05 Oktyabr 2019    