Pentaqon Konqresdən KİA-nın saxlanılması üçün 10.6 milyard dollar tələb edir

2019/10/10497-1570262522.jpg
Oxunub: 539     17:01     05 Oktyabr 2019    
ABŞ Müdafiə Nazirliyi beynəlxalq arenada və daxildə kəskin tənqidlərə məruz qalmasına baxmayaraq, Kosmos İnkişaf Agentliyinin beş il ərzində maliyyələşdirilməsi üçün Konqresdən 10.6 milyard dollar vəsait tələb edir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Pentaqon yaxın illərdə 1200 yeni peykin yerləşdirilməsini nəzərdə tutub.

Kosmos İnkişaf Agentliyinin bu yaxınlarda qurulmasına baxmayaraq indiyə kimi 150 milyon dollar vəsait istifadə edilib. Ötən ay təqdim olunan sənədlərdə Pentaqon agentlik üçün 2021-ci maliyyə ili üçün təxminən 259 milyon dollara qədər kiçik büdcə tələb edib.

Amma növbəti illərdə daha böyük büdcə layihəsi təqdim edilib. Belə ki, agentlik üçün 2022-ci ildə 1,1 milyard dollar, 2023-cü ildə 1,9 milyard dollar və 2024-cü ildə 3,67 milyard dollar, 2025-ci maliyyə ilində isə 3,68 milyard dollar tələb edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Pentaqon   KİA  

Pentaqon Konqresdən KİA-nın saxlanılması üçün 10.6 milyard dollar tələb edir

2019/10/10497-1570262522.jpg
Oxunub: 540     17:01     05 Oktyabr 2019    