ABŞ ordusu PUA-ları vurmaq üçün kiçik “Interceptor” kvadrakopterlərini alır

2019/10/567-1570262197.jpg
Oxunub: 1569     16:44     05 Oktyabr 2019    
Kaliforniyada fəaliyyət göstərən kiçik “Anduril Industries” şirkəti PUA-ları vurmaq üçün kiçik ölçülü “Interceptor” (ovçu - red.) adlandırılan kvadrakopter istehsal edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, şirkət avadanlığı ABŞ və İngiltərə ordusuna satmaq üçün ilkin razılaşma əldə edib.

Kvadrakopter hədəfi müəyyən etmək, onu izləmək və adından da göründüyü kimi hədəfi tutmaq üçün daxilində yerləşdirilən elektro-optik və infraqırmızı sensorlardan istifadə edir. Yerdəki operator pult vasitəsilə hədəfi izləyə və hücum etmək üçün əmr verə bilər.

Hücum əmri verildikdən sonra təxminən 10-16 funt (təqribən 4.5-7 kq) ağırlığındakı “Intercopter” saatda 100 mil (təxminən 107 km) sürətlə hədəfə çırpılır. Bu, hədəfi endirmək üçün yetərli sürət hesab olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

ABŞ ordusu PUA-ları vurmaq üçün kiçik “Interceptor” kvadrakopterlərini alır

2019/10/567-1570262197.jpg
Oxunub: 1570     16:44     05 Oktyabr 2019    