ABŞ gəmi əleyhinə raketi sınaqdan keçirib

2019/10/5d950-1570250578.jpg
Oxunub: 563     10:16     05 Oktyabr 2019    
ABŞ Hərbi Dəniz Qüvvələri Quam adasının sahil sularında keçirilən təlimlər zamanı NSM zenit raketinin uğurlu sınağını keçirib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-ın Sakit okean Donanmasının açıqlamasında bildirilib.

Qeyd edilib ki, “Gabrielle Giffords” sahil döyüş gəmisi “Pacific Griffin” adlı təlimlər zamanı NSM raketinin imkanlarını uğurla nümayiş etdirib.

Açıqlamaya görə, bu, Hind-Sakit okean bölgəsində raketin ilk sınağı olub.

Qeyd edək ki, NSM gəmi əleyhinə raketi 100 dəniz milinə (185 km) qədər rəqib gəmilərini tapıb məhv edə biləcək yüksək dəqiqlikli uzun mənzilli zərbə silahıdır. Dəniz səthindən çox aşağı səviyyədə uçaraq, ərazini izləmək qabiliyyətinə malik bu raket çətin vəziyyətdə hədəfi dəqiq vura bilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Raket   Sınaq  

ABŞ gəmi əleyhinə raketi sınaqdan keçirib

2019/10/5d950-1570250578.jpg
Oxunub: 564     10:16     05 Oktyabr 2019    