Ordumuzda birdəfəyə 80 raketlə təchiz olunmuş YARS - RM-70 “Vampir” (EKSPERT)

2019/10/456-1570260433.jpg
Oxunub: 4624     11:17     05 Oktyabr 2019    
Azərbaycan ordusunun silahlanmasında yer alan RM-70 “Vampir” YARS 1972-ci ildə Çexoslovakiyanın “Excalibur Army” şirkəti tərəfindən istehsal edilib. Bəzi modernləşdirmələr və müasir tələblər nəzərə alınmaqla istehsal prosesi bu günə qədər davam edir. Bu sistemlərin əvvəlki versiyaları həm Rusiya-Gürcüstan müharibəsində, həm də Liviya və Yəmən vətəndaş müharibələrində istifadə edilib.

Bir çox KİV-lərdə Azərbaycanın hansı ölkədən RM-70 “Vampir” YARS-larını əldə etməsi ilə bağlı müzakirələr getsə də, hələlik bu barədə heç bir rəsmi açıqlama yoxdur. İstehsalçı ölkə də bu barədə qəti bir münasibət ortaya qoymayıb.

Bu silah sistemlərinin 8 ədədi ilk dəfə Azərbaycanda 2017-ci ilin sentyabrın 17-dən 22-nə qədər keçirilən təlimlər çərçivəsində görüntülənib. Onların sayının daha çox ola biləcəyi istisna deyil. Azərbaycanın əldə etdiyi baza versiyasının, müdafiə sənayesi inkişaf etmiş 3-cü bir ölkədə modernləşdirildiyi ehtimal olunur. Lakin ola bilsin ki, “Vampir”lərə sahib 3-cü ölkə bu vasitələri özü modernləşdirdikdən sonra Azərbaycana təklif edib.

YARS-lar reaktiv artilleriyaya aiddir, bu sistemlər böyük ərazilərə səpələnən qoşunlara, tank qruplaşmalarına qarşı mübarizə aparmaq, cəbhə xəttindəki uçuş-enmə zolaqlarını məhv etmək, ərazinin uzaq məsafədən minalanmasını həyata keçirmək və s. kimi vəzifələri yerinə yetirmək üçün istifadə edilir.

60-cı illərin sonlarında Çexoslovakiyanın müdafiə sənayesi Sovet BM-21 YARS-ın bazasında RM-70 döyüş maşınının layihəsini tamamladı. RM-70 döyüş vasitələri 1970-ci ildən bu ölkədə istehsal olunur və hazırda Azərbaycandan başqa Anqola, Kamerun, Konqo, Ekvador, Finlandiya, Gürcüstan, Yunanıstan, Qana, İndoneziya, Liviya, Myanma, Nigeriya, Şimali Koreya, Polşa, Ruanda, Slovakiya, Şri-Lanka, Uqanda, Uruqvay və Zimbabve ordularının silahlanmasında yer alır. Bolqarıstan, Çexiya və Almaniya isə artıq standart versiyalı sistemləri silahlanmasından xaric edib. RM-70-lə ADR-in Milli Xalq Ordusunun reaktiv artilleriya bölmələri də təchiz olunurdu, lakin Almaniyanın yenidən birləşməsindən sonra Federal hökumət bu sistemləri Türkiyə və Yunanıstana təhvil verdi.

Çexiyanın silahlanmasından çıxarılan “Vampir”lərin Azərbaycana gəlməsi ehtimalı mövcud olsa da, Çexiya tərəfi bunu nə tam təkzib, nə də təsdiq edir. Bolqarıstan variantı nəzərdə keçirilməli deyil, çünki onlar bu sistemlərin modernləşdirilməsində təcrübəyə malik deyil. Azərbaycanın məhdudiyyətlərə baxmayaraq Avropadan silah əldə etməsini həzm edə bilməyən Ermənistan tərəfi bu məsələni daha çox qabartmağa çalışaraq diqqəti əsasən İsrail, qismən isə bu sistemlərdən istifadə edən Türkiyə üzərinə yönəltməyə çalışdı. Lakin bütün bu səylər yekun nəticəyə təsir etmədi.

1983-cü ildə Çexoslovakiyada təkmilləşdirilən “Tatra-815” dörd oxlu ərazi yük maşınının istehsalına başlaması ilə əlaqədar olaraq RM-70/85 tipli yeni döyüş maşını hazırlandı. Xarici görünüşü ilə bu sələfindən zirehsiz kabinə malik olması ilə fərqlənir.

Bu yaxınlarda “Tatra-815” avtomobilinin şassisində döyüş vasitəsinin KRIZAN adlı yeni bir versiyası da hazırlanıb, bu versiya da BM-21 YARS-dan 40 lüləli paket və ərazinin uzaqdan minalanması üçün alətlər dəsti ilə təchiz edilir.

RM-70 kompleksinin tərkibinə daxildir:

- Özüyeriyən atıcı qurğu;
- İdarəedilməyən reaktiv mərmilər;
- Atəşi İdarəetmə Sistemi (AİS);
- Nəqliyyat və yükləmə maşını.

Konstruksiya baxımından RM-70 YARS-ı, SSRİ-nin BM-21 sisteminin artilleriya qurğusunun Çexoslovakiyanın yüksək keçicilik imkanına malik “Tatra-815” (əvvəllər “Tatra-813”) yük maşını ilə birləşməsidir.

Atıcı artilleriya qurğusu təkərli şassinin arxa hissəsində yerləşməklə klassik sxemə uyğun olaraq hazırlanır. Şassinin ön hissəsində heyət üçün zirehli kabinə və sürətlər qutusu ilə güc quğusu yerləşdirilir. Şassinin nisbətən böyük uzunluğa malik orta hissəsində atıcı qurğunu yenidən yükləmək üçün orijinal hidravlik cihaz yerləşdirmək mümkün olub.

Sistemin artilleriya qurğusu 40 lüləli istiqamətli borulardan, fırlanan çərçivədən, tuşlama mexanimindən və müvafiq elektrik cihazlarından ibarətdir. Artilleriya qurğusundan atəş açmaq üçün əsasən M-21OF idarəedilməyən raketlərindən istifadə edilir (uzunluğu - 2.87 m, çəkisi - 66 kq, atəş məsafəsi - 20.5 km). “Vampir”lərin fərqli versiyaları Rusiyada BM-21 üçün hazırlanan qəlpəli fuqas, yandırıcı, işıqlandırıcı, tüstü, piyada və tank əleyhinə minalarla atəş aça bilən döyüş sursatlarından da atəş aça bilir.

Qeyd edildiyi kimi, əksər RM-70 yaylım sistemlərinin son modellərində “Tatra-815” yük maşınının təkərli şassisindən istifadə edilir. Bu şassi 270 at güclü, on iki silindrli, “Tatra T-930-3” markalı və V formalı dizel mühərrikə malikdir. Şassi 8x8 təkər formuluna uyğun olaraq hazırlanır, iki ön oxun təkərləri isə idarəolunandır. Aşağı təzyiqli şinlərin istifadəsi və şinlərdə mərkəzləşdirilmiş hava tənzimləmə sisteminin olması sayəsində atıcı qurğunun ən kobud ərazidə hərəkətinə imkan yaradır.

Maşın 30 °-ə qədər dik yamacları, 0.6 m hündürlüyündə divarları və 1.5 m enində xəndəkləri və ilkin hazırlıq olmadan 1.4 m dərinliyə malik su maneəsini aşa bilir. Magistral yolda maksimum 85 km/saat sürətlə hərəkət edə bilir.

Atıcı qurğu radiostansiya, yanğınsöndürmə vasitələri və kütləvi qırğın silahından qorunma vasitəsi ilə təchiz edilir. Şassinin qarşısında bir buldozer bıçağı quraşdırılıb, onun köməyi ilə atəş mövqeyi hazırlana və ya yoldan maneələr çıxarıla bilər. “Tatra-815” özü-özünü çəkməsi üçün xüsusi dartıcı qurğu ilə də təchiz edilib.

RM-70 ilə Rusiyanın BM-21 “Qrad” qurğusu arasında əsas fərq, birincinin daha yüksək atəş imkanlarından ibarətdir: ilk yaylım atəşindən iki dəqiqə sonra RM-70 ikinci bir yaylım atəşini aça bilir və düşmən tərəfindən cavab atəşi açılana qədər mövqeyini tərk edə bilir.

SSRİ istehsalı olan 122 mm-lik BM-21 “Qrad”ın cəmi 40 raketi mövcuddursa, RM-70 “Vampir”lər 80 raketlə təchiz olunur. Başqa sözlə “Vampir” lülə paketində olan 40 raketdən başqa, əlavə olaraq 40 raketi də şassi üzərində daşıyır. İkinci yaylım atəşi atıcı qurğunun mexanikləşdirilən hidravlik yükləmə cihazı tərəfindən şassidə daşınan 40 raketi hesabına təmin edilir. Yenidən yükləmək üçün artilleriya qurğusunun lülə paketi 180 ° dönür və sıfır yüksəliş bucağında dayanır. 40 mərminin hamısı eyni anda lülələrə sürüşür, bundan sonra qurğu təkrar atəşə davam edə bilir. Bu proses cəmi 1 dəqiqə vaxt aparır.

Beləliklə “Vampir” qısa bir müddət ərzində (3-4 dəqiqə ərzində) düşmənə 80 raket zərbəsi endirməklə toplam 140 hektar ərazini atəşlə örtməyə nail olur və çevik şəkildə ərazini tərk edərək düşmənin cavab zərbəsindən yayına bilir. Atıcı qurğunun mexaniki üsulla yenidən yüklənməsi, nəqliyyat yükləmə maşınından istifadə etməklə də mümkündür.

Atəş açmaq üçün BM-21-də quraşdırılan eyni nişangah vasitələrindən istifadə etmək mümkündür. Köməkçi silah olaraq, zirehli kabinənin damına 7.62 mm-lik bir pulemyot da quraşdırıla bilər, ondan həm yerüstü, həm də hava hədəflərinə atəş açıla bilər.

Paris ətrafında keçirilən “Eurosatory 2016” silah sərgisində RM-70 “Vampir” ilk dəfə yeni səkkizoxlu və zirehli “Tatra-818” (8x8) şassisi üzərində nümayiş etdirildi.

Taktiki-Texniki Xüsusiyyətləri

Ağırlığı - 33.7 ton
Şose sürəti - 85 km/s
Köməkçi silah - Uk vz. 59 pulemyotu
Uzunluğu - 8.75 m
Eni - 2.5 m
Hündürlüyü - 2.7 m
Ekipajı - 6 nəfər
Çapı - 122.4 mm
Yaylım atəş müddəti - 29 saniyə
Döyüş vəziyyətinə gətirilmə müddəti - 2.5 dəqiqə
Yer dəyişmə müddəti - 3 dəqiqə
Məhv etmə radiusu - 3.5 hektar
Bir mərminin kütləsi - 66.35 kq
Maksimum atəş məsafəsi - 20.38 km
Hədəfə çatma müddəti - 2.5 dəqiqə

YARS-ın 40 raketdən ibarət sursat dəsti bir yaylım atəşi ilə 70 hektar ərazidə hədəfləri məhv etməyə qadirdir.

Bu şassi yüksək sürət qabiliyyətinə və dolu yanacaq çənləri ilə dayanmadan 1000 kilometrə qədər məsafə qət etmək imkanına malikdir. Bu şassi düz yerdə 85 km/saat, torpaq yolda isə 35 km/saat sürətlə hərəkət edir.

2000-ci ilin dekabrında Slovakiya Müdafiə Nazirliyi və "Delta Defence" şirkəti Almaniya-Slovakiya birgə layihəsinə əsasən RM-70 “Modular” variantının istehsalı barədə razılığa gəldi. Bu variant M270 MLRS yaylım atəş sisteminin 227 mm-lik raketləri ilə də atəş açmaq qabiliyyətinə malikdir.

Hazırda RM-70 “Vampir” baza modelindən başqa, RM-70/85 adı ilə zirehsiz versiyası da istehsal olunur. RM-70/85M adlı son versiya isə yeni atəşi idarəetmə və naviqasiya sistemi ilə təchiz olunaraq 36 km məsafədə yerləşən hədəfləri məhv etmək üçün nəzərdə tutulur.

Azərbaycanın əldə etdiyi baza versiyasının da RM-70/85M səviyyəsinə qədər modernləşdirildiyi ehtimal olunur. Yəni Azərbaycan silahlanmasında 20 km atəş məsafəsinə malik “Qrad” qurğularının olduğu və onlardan istədiyi miqdarda sərbəst əldə etmək imkanı olduğu halda, nəyə görə eyni taktiki texniki imkanlara malik silah sistemlərini almaq üçün nisbətən “keşməkeşli” yol qət etməli idi?

“Vampir” qurğuları Xorvatiyada LRSV-122 M-96 "Tayfun" adlı modernləşdirilən versiyada, yalnız 4 cərgəli və 32 lüləli konstruksiyada zirehsiz “Tatra-813” bazasında məhdud sayda istehsal edilib. Lülə paketinin həcmi “Tayfun” sisteminin daha çox keçmiş Yuqoslaviyanın M-77 “Oganj” və Çinin “Type 90A” YARS sistemlərinə bənzəməsinə səbəb olub.

Mənbələr:

https://www.arms-expo.ru/articles/armed-forces/kto-postavil-vampir-v-azerbaydzhan/
http://rbase.new-factoria.ru/missile/wobb/rm70/rm70.shtml
https://en.wikipedia.org/wiki/RM-70_multiple_rocket_launcher
https://warspot.ru/6352-vampir-dalniy-rodstvennik-katyushi
https://ru.wikipedia.org/wiki/%D0%A0%D0%B5%D0%B0%D0%BA%D1%82%D0%B8%D0%B2%D0%BD%D0%B0%D1%8F_%D1%81%D0%B8%D1%81%D1%82%D0%B5%D0%BC%D0%B0_%D0%B7%D0%B0%D0%BB%D0%BF%D0%BE%D0%B2%D0%BE%D0%B3%D0%BE_%D0%BE%D0%B3%D0%BD%D1%8F
https://imp-navigator.livejournal.com/659675.html
https://www.bularmas.com/wp-content/uploads/2019/01/122mm-Grad.pdf

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: RM-70   Vampir  

Ordumuzda birdəfəyə 80 raketlə təchiz olunmuş YARS - RM-70 “Vampir” (EKSPERT)

2019/10/456-1570260433.jpg
Oxunub: 4625     11:17     05 Oktyabr 2019    