Hollandiya Baş naziri: “Avropanın hərbi xərclərini artırmasına ehtiyac var”

2019/10/defen-1570184199.jpg
Oxunub: 1387     15:48     04 Oktyabr 2019    
“Rusiya, Çin və başqa yerlərdən artan təhdidlər qarşısında NATO-nun canlı qalması üçün Avropanın hərbi xərclərini artırması lazımdır”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Hollandiyanın Baş naziri Mark Rutte bildirib.

O qeyd edib ki, NATO-nu qorumaq üçün ABŞ prezidenti Donald Trampın çağırışına qulaq asmaq və hərbi xərcləri artırmaq lazımdır.

“Öz təhlükəsizliyimizə zəmanət verə bilmərik. Ancaq Avropa daha çox şey edə bilər və etməlidir”, - deyə Rutte bildirib.

2014-cü ildə NATO üzvləri hərbi xərclərini 2024-cü ilə qədər ümumi daxili məhsulun (ÜDM) 2%-nə qədər artıracaqlarını qəbul ediblər.

Hollandiya hərbi xərcləri 2014-cü ildən bəri 25% artırıb, lakin hələ də keçən il ÜDM-nin yalnız 1.2%-nə çatıb.

Rutte bildirib ki, Hollandiyanın hərbi xərclərinin 2020-ci ilə qədər ÜDM-nin 2%-nə çatması çətindir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Hollandiya   Avropa   NATO  

Hollandiya Baş naziri: “Avropanın hərbi xərclərini artırmasına ehtiyac var”

2019/10/defen-1570184199.jpg
Oxunub: 1388     15:48     04 Oktyabr 2019    