İrlandiya NATO-nun Kiber Təhdidlərə Qarşı Mübarizə üzrə Təcrübə Mərkəzinə qoşulur

2019/10/CCDCO-1570173663.jpg
Oxunub: 2901     17:20     05 Oktyabr 2019    
İrlandiya Estoniyanın paytaxtı Tallin şəhərində yerləşən NATO-nun Kiber Təhdidlərə Qarşı Mübarizə üzrə Təcrübə Mərkəzinə üzv olmaq qərarına gəlib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, İrlandiyanın Estoniyadakı səfiri Frensis Kiernan mərkəzə qoşulmaq üçün müraciət məktubunu mərkəzə təqdim edib.

Mərkəzin direktoru, polkovnik Jaak Tarien bildirib ki, İrlandiyanın Mərkəzə qoşulma qərarı kiber müdafiə sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır.

“Güclü rəqəmsal iqtisadiyyat və cəmiyyət üçün İrlandiyanın kiber məkanda təhlükəsizlik riskləri haqqında çox məlumatlı bir ölkə olacağına inanırıq”, - deyə o qeyd edib.

NATO-nun Kiber Təhdidlərə Qarşı Mübarizə üzrə Təcrübə Mərkəzi NATO tərəfindən akkreditə olunmuş bir məlumat, düşüncə mərkəzi və təlim mərkəzidir. Mərkəzin 22 üzvü və 3 tərəfdaşı var.

Avstriya, Finlandiya və İsveç kimi NATO üzvü olmayan ölkələr də mərkəzə üzvdür.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İrlandiya   NATO   Kibertəhlükəsizlik  

İrlandiya NATO-nun Kiber Təhdidlərə Qarşı Mübarizə üzrə Təcrübə Mərkəzinə qoşulur

2019/10/CCDCO-1570173663.jpg
Oxunub: 2902     17:20     05 Oktyabr 2019    