Türkiyə və ABŞ Müdafiə nazirləri təhlükəsiz bölgə mövzusunda razılığa gəlməyib

2019/10/resiz-1570164887.jpg
Oxunub: 659     11:31     04 Oktyabr 2019    
"Fərat Qalxanı Hərəkatında 3 mindən çox İŞİD üzvünü zərərsizləşdirən Türkiyənin cənubunda terror dəhlizinin yaradılmasına icazə verməyəcəyimizi, ABŞ-dan gözləntimizin PKK/PYD/YPG terror təşkilatlarına dəstəyinə son qoyması və əgər bu məsələlərdə geçikdirmələr davam edərsə, bu əməkdaşlığın bitəcəyi bəyan edildi".

Ordu.az xəbər verir ki, bu, Türkiyə Müdafiə naziri Hulusi Akarla ABŞ Müdafiə naziri Mark Esperin telefon danışığından sonra yayılan açıqlamada qeyd olunub.

Nazirlər Türkiyənin cənubunda təhlükəsiz bölgə mövzusunda razılığa gəlməyiblər.

Açıqlamada bildirilib ki, Türkiyə tərəfi təhlükəsiz bölgə mövzusunda ərazini 30 kilometr en dairəsində terror təşkilatlarından təmizləməyi, sərhəd boyunca sülh dəhlizi yaratmağı və suriyalı qaçqınların bu ərazilərdə yerləşdirilməsini bir daha təklif edib.

“Məqsəd sadəcə Türkiyənin milli təhlükəsizliyinin deyil, eyni zamanda bölgədə yaşayan kürdlər, ərəblər, assurlar, xristianlar və yezidilərin də təhlükəsizliyini təmin etmək və ərazidə sülh dəhlizi yaradıb suriyalı qardaşlarımızı öz torpaqlarına göndərməkdir”, - deyə açıqlamada qeyd olunub.

Açıqlamada vurğulanıb ki, təhlükəsiz bölgə mövzusunda Türkiyə tərəfinin ehtiyat planlarının olması ABŞ-la strateji ortaqlığına xələl gətirməməsi, NATO-da müttəfiqlik ruhuna uyğun sülh şəraitində çözülməsi və bu bəyanın təhdid olaraq qəbul edilməməsi arzuolunandır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə   ABŞ   Təhlükəsiz-bölgə  

Türkiyə və ABŞ Müdafiə nazirləri təhlükəsiz bölgə mövzusunda razılığa gəlməyib

2019/10/resiz-1570164887.jpg
Oxunub: 660     11:31     04 Oktyabr 2019    