Ermənistanın sabiq Müdafiə naziri: “İstintaq orqanları siyasi məqsədləri təqib edən addımlar atır”

2018/06/f69ba55f410c018ecb590a6410399_1509185244_1514191686435_1525863622_1529056991.jpg
Oxunub: 868     15:44     26 Sentyabr 2019    
“İstintaq orqanları mənə şahid kimi mövqeyimi bildirmək imkanı vermədən açıq şəkildə siyasi məqsədləri təqdib edən addımlar atır”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın sabiq Müdafiə naziri Vigen Sarkisyan öz “Facebook” səhifəsində qeyd edib.

O bildirib ki, İstintaq Komitəsində araşdırılan cinayət işi üzrə onu təqsirkar qismində prosesə cəlb etmək istəyirlər.

“Söhbət Ermənistan Müdafiə Nazirliyi tərəfindən hərbi qulluqçulara paylanan mənzillərin bölünməsi qaydasının guya pozulmasından gedir. İstintaq orqanları mənə şahid kimi mövqeyimi bildirmək imkanı vermədən açıq şəkildə siyasi məqsədləri təqdib edən addımlar atır”, - deyə sabiq erməni nazir bildirib.

Onun sözlərinə görə, bu, olduqca proqnozlaşdırılan və gözlənilən idi.

“Məlumdur ki, bu prosesin əsas məqsədi Ermənistan Silahlı Qüvvələri və ordu rəhbərliyinin reytinqinə növbəti zərbəni vurmaqdır. Harada olmağım barədə dəfələrlə məlumat vermişəm. Elektron poçtum, rəsmi səhifəm və cib telefonum aktivdir. Hesab edirəm, bunlar “yeni” Ermənistanın hüquq-mühafizə orqanlarına məlumdur.

Hərbçilərin, hərbi əlillərin və ölmüş insanların ailələrinin məznil problemləri hər zaman başçılıq etdiyim ofisin diqqət mərkəzində olub. Biz bu istiqamətdən cəmiyyətə məlum olan addımlar atmışıq. Mənim şərəfim var”, - deyə Sarkisyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Etiraz   Mənzil  

Ermənistanın sabiq Müdafiə naziri: “İstintaq orqanları siyasi məqsədləri təqib edən addımlar atır”

2018/06/f69ba55f410c018ecb590a6410399_1509185244_1514191686435_1525863622_1529056991.jpg
Oxunub: 869     15:44     26 Sentyabr 2019    