Pentaqon ABŞ əsgərlərini kimyəvi və bioloji silahlardan qorumaq üçün genetik araşdırma aparır

Oxunub: 1553     17:56     25 Sentyabr 2019    
“Pentaqonun apardığı gen tənzimləmə araşdırması gələcəkdə əsgərlərin bioloji və kimyəvi savaşdan qorunma qabiliyyətini yaxşılaşdıracaq”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Müdafiə üzrə Perspektiv Tədqiqat Layihələri Agentliyinin (DARPA) direktoru Stiven Uolker deyib.

Onun sözlərinə görə, döyüşdə əsgərlərin kimyəvi və bioloji silahlardan qorunması üçün bu araşdırma olduqca vacibdir.

ABŞ Müdafiə Nazirliyinin araşdırma ilə bağlı bəyanatında qeyd olunub ki, bütün bu texnologiyalar ikitərəfli istifadə oluna bilər, yaxşılıq üçün də, pislik üçün də.

Qeyd olunur ki, araşdırmanın əsas məqsədi ABŞ əsgərlərini ehtimal olunan kimyəvi və bioloji təhdidlərdən qorumaqdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Pentaqon   DARPA  

Pentaqon ABŞ əsgərlərini kimyəvi və bioloji silahlardan qorumaq üçün genetik araşdırma aparır

Oxunub: 1554     17:56     25 Sentyabr 2019    