Zelenski ölkənin müdafiə planını təkbaşına təsdiq edə biləcək

2019/09/550ff-1569328595.jpg
Oxunub: 1358     21:13     24 Sentyabr 2019    
Ukrayna Prezidenti Vladimir Zelenski hərbi vəziyyət yaranacağı təqdirdə ona ölkənin müdafiə planını təkbaşına təsdiq etmək hüququ verən qanun imzalayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ukrayna Ali Radası məlumat yayıb.

Məlumatda deyilir ki, qanun prezidentin imzası ilə geri qaytarılıb.

Qeyd edək ki, sözügedən qanun sentyabrın 20-də keçirilmiş səsvermə zamanı qəbul edilib. Ölkə Prezidenti tərəfindən parlamentə təqdim edilmiş qanun layihəsinin lehinə 226 səs tələb olunduğu halda 286 deputat səs verib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ukrayna   Zelenski  

Zelenski ölkənin müdafiə planını təkbaşına təsdiq edə biləcək

2019/09/550ff-1569328595.jpg
Oxunub: 1359     21:13     24 Sentyabr 2019    