KXDR yeni sualtı qayıq buraxmağa hazırlaşır

2019/09/19072-1568978615.jpg
Oxunub: 513     17:05     20 Sentyabr 2019    
KXDR yeni sualtı qayığın buraxılmasına hazırlaşır.

Ordu.az xəbər verir ki, bu barədə "Midlberi Beynəlxalq Araşdırmalar İnstitutu"nun və "Planet Labs" peyk operatorunun araşdırmaçıları məlumat yayıb.

Onlar KXDR-in liman şəhəri olan Sinpoda gəmirqayırma zavodunun ərazisinin şəkillərini təhlil edərkən bu qənaətə gəliblər.

Belə ki, sentyabrın 12-də çəkilən şəkillərdə böyük qurğunun tikintisi müşahidə edilib. Tədqiqatçıların fikrincə, bu, Pxenyanın ballistik raket daşıya bilən yeni sualtı qayığı istifadəyə verməyə hazırlaşdığını göstərir.

Xatırladaq ki, iyul ayında Kim Çen Inın yeni tikilən sualtı qayığa baxış keçirməsi barədə Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Yeni sualtı qayığın 3 ədəd ballistik raket daşıma qabiliyyətinə malik olacağı ehtimal edilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: KXDR   Sualtı-qayıq  

KXDR yeni sualtı qayıq buraxmağa hazırlaşır

2019/09/19072-1568978615.jpg
Oxunub: 514     17:05     20 Sentyabr 2019    