Ermənistan MTX-nin sabiq direktoru siyasətə girmək istəyir

2019/09/45645-1568974187.jpg
Oxunub: 485     16:52     20 Sentyabr 2019    
“Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Tsarukyanla MTX-nin keçmiş rəhbəri Artur Vanetsyan arasında razılaşma əldə olunub və Vanetsyan tezliklə “Çiçəklənən Ermənistan” partiyasının üzvü olacaq.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Vanetsyan partiyanın sıravi üzvü yox, partiyanın qarşıdakı qurultayında idarə heyətinin üzvü olacaq.

İstefa verməsi ilə bağlı açıqlamalar edən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan siyasətə girəcəyini istisna etməyərək bildirib ki, hazırda futbola köklənib, lakin heç nəyi istisna etmək olmaz.

Bu işarəni Vanetsyanın istefa mətni ilə bağlı Paşinyanın mətbuat xidmətinin rəhbəri Vladimir Karapetyanın açıqlamasından da sezmək olur.

Politoloq Emil Orduxanyanın sözlərinə görə, hakimiyyət dəyişikliyindən sonrakı dövr Vanetsyanın imicinə müsbət təsir etdi və müsbət rəğbət qazandığı üçün MTX rəisi vəzifəsini tutdu. O qeyd edib ki, yığılan potensialı siyasi məqsədlər üçün istifadə edə bilər və Vanetsyanın istefa mətni də bunu sübut edir.

Siyasi şərhçi Karen Köçəryan isə qeyd edib ki, güc strukturu nümayəndəsinin siyasətə girməsi nonsens deyil. O, Vanetsyanın siyasətə girəcəyi ilə bağlı heç bir şübhəsinin olmadığını bildirib.

Politoloq Armen Martirosyan Vanetsyanın bir neçə müddətdir buna hazırlaşdığını vurğulayıb. O bildirib ki, MTX direktoru siyasətdən kənar qalmalı idi, lakin Vanetsyan belə etmirdi və bu, onun vəzifədən azad olunması üçün əsas oldu.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   MTX   Vanetsyan  

Ermənistan MTX-nin sabiq direktoru siyasətə girmək istəyir

2019/09/45645-1568974187.jpg
Oxunub: 486     16:52     20 Sentyabr 2019    