Pentaqon Trampa İranla bağlı bir neçə variant təqdim edəcək

2019/09/58d71-1568969186.jpg
Oxunub: 375     14:45     20 Sentyabr 2019    
Pentaqon ABŞ prezident Donald Trampa Səudiyyə Ərəbistanının neft obyektlərinə hücuma cavab olaraq İrana qarşı ehtimal olunan əməliyyatlar üçün bir neçə variant təqdim edəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Pentaqon hücumla bağlı sübutları əldə edib və ABŞ prezidentinə təqdim edəcək.

ABŞ vitse-prezidenti Mayk Pens bildirib ki, sübutları nəzərdən keçirdikdən sonra son qərarı prezident verəcək.

ABŞ prezidenti siyasi və iqtisadi sanksiyalar, hərbi əməliyyatlar və ya kiber hücumlar edilməsi ilə bağlı qərar verə bilər.

Pentaqonun sabiq məsləhətçilərindən olan Elissa Slotkin bildirib ki, Səudiyyə Ərəbistanı və yaxın çevrəsində təhlükəsizlik qüvvələrinin artırılması ABŞ üçün ən yaxşı seçim ola bilər.

Hərbiçilər İranda aviazərbələr endirilə biləcək obyektlərin siyahısını da prezidentə təqdim edəcək. Həmçinin İrana qarşı əməliyyatın müharibə mərhələsinə keçə biləcəyi ilə bağlı xəbərdarlıq ediləcək.

Xatırladaq ki, İran Səudiyyə Ərəbistanına hücumda iştirakını təkzib edib və bildirib ki, ona qarşı hər hansı əməliyyata müharibə ilə cavab verəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Pentaqon   İran   Tramp  

Pentaqon Trampa İranla bağlı bir neçə variant təqdim edəcək

2019/09/58d71-1568969186.jpg
Oxunub: 376     14:45     20 Sentyabr 2019    