Koalisiya Qüvvələri husilərin minalanmış qayığını məhv edib

2019/09/4f83c-1568964059.jpg
Oxunub: 392     11:56     20 Sentyabr 2019    
Ərəb koalisiyası cümə axşamı Qırmızı dənizdə husilər tərəfindən dənizə buraxılmış və partlayıcı maddə quraşdırılmış bir gəmini saxlayaraq məhv edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Səudiyyə Ərəbistanının liderlik etdiyi Ərəb koalisiyasının mətbuat katibi polkovnik Turki Əl-Maliki bildirib.

Onun sözlərinə görə, ittifaqın dəniz qüvvələri bu səhər husilərin partlayıcı quraşdırılmış qayığı Hudeyda əyalətindən dənizə buraxaraq uzaqdan idarə edilməklə Qırmızı dənizin cənubunda terror aktı həyata keçirmək niyyətini ifşa edib, regional və beynəlxalq, eləcə də dəniz nəqliyyat yolları və dünya ticarəti üçün təhlükəli olan hədəf zərərsizləşdirilib.

"Birləşmiş koalisiya qüvvələrinin komandanlığı qiyamçılara qarşı sərt qarşısıalınmaz tədbirlərini davam etdirir, onların sistematik olaraq regional və beynəlxalq təhlükəsizliyə təhlükə yaradan potensiallarını zərərsizləşdirir və aradan qaldırır", - deyə Maliki qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ərəb-koalisiyası   Husilər  

Koalisiya Qüvvələri husilərin minalanmış qayığını məhv edib

2019/09/4f83c-1568964059.jpg
Oxunub: 393     11:56     20 Sentyabr 2019    