ABŞ Ukraynaya 250 milyon dollarlıq hərbi yardımı təsdiqləyib

2019/09/downl-1568960077.jpg
Oxunub: 361     10:13     20 Sentyabr 2019    
ABŞ Nümayəndələr Palatası cümə axşamı Ukraynaya hərbi yardım üçün 250 milyon dollar ayrılmasını təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu barədə məlumatı “TASS” federal hökumətin müvəqqəti maliyyələşdirilməsi haqqında qanun layihəsinə istinadən yayıb.

Kiyevə hərbi yardım üçün maliyyə ayırılması proqramı, millət vəkilləri tərəfindən təxirə salınmazsa, sentyabrın 30-da başa çata bilər. Nümayəndələr Palatasına nəzarət edən demokratlar ABŞ prezidenti Donald Trampın bu maddəyə yenidən baxa və ya onu ixtisara sala biləcəyindən ehtiyat edirlər.

Ukraynaya bu həcmdə hərbi yardım ABŞ-da oktyabrın 1-dən başlayacaq maliyyə ilində göndəriləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Ukrayna   Hərbi-yardım  

ABŞ Ukraynaya 250 milyon dollarlıq hərbi yardımı təsdiqləyib

2019/09/downl-1568960077.jpg
Oxunub: 362     10:13     20 Sentyabr 2019    