Ərəb Koalisiyası Yəməndə hərbi əməliyyatlara başlayıb

2019/09/49078-1568957254.jpg
Oxunub: 433     09:30     20 Sentyabr 2019    
Səudiyyə Ərəbistanının başçılıq etdiyi Ərəb Koalisiyası Yəmənin Hudeydə şəhərinin şimalında hərbi əməliyyatlara başladığını bəyan edib.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Əməliyyatlar hərbi obyektlərə qarşı keçirilir. Mülki şəxslərə hədəf alınan obyektlərdən uzaq olmaları barədə xəbərdarlıq edilib.

Artıq Koalisiya Qüvvələri pilotsuz gəmilər və dəniz minalarının olduğu dörd obyektin məhv edildiyini açıqlayıb.

Qeyd edək ki, Yəməndə hökumət və Husi qiyamçıları arasında hərbi-siyasi qarşıdurma 2014-cü ildən bəri davam edir. 2015-ci ilin mart ayından etibarən Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb ölkələrinin hərbi koalisiyası hökumət tərəfindən mübarizəyə qoşulub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ərəb-koalisiyası   Yəmən   Husilər  

Ərəb Koalisiyası Yəməndə hərbi əməliyyatlara başlayıb

2019/09/49078-1568957254.jpg
Oxunub: 434     09:30     20 Sentyabr 2019    