Tramp və Zelenskinin qarşıdan gələn görüşü barədə xəbər təsdiqlənib

2019/09/trump-1568869667.jpg
Oxunub: 296     10:29     19 Sentyabr 2019    
ABŞ-ın vitse-prezidenti Mayk Penslə Ukrayna prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

Ordu.az xəbər verir ki, ABŞ-ın vitse-prezidentinin mətbuat xidməti əlumat verib.

Tərəflər iki ölkə arasındakı əlaqələri, həmçinin BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında ABŞ prezidenti ilə Ukrayna liderinin qarşıdakı görüşünü müzakirə ediblər.

"Vitse-prezident Ukrayna prezidenti Vladimir Zelenski ilə telefonla danışdı və gələn həftə onunla Nyu-Yorkda BMT-ın Baş Assambleyasında Tramp arasındakı qarşıdan gələn görüşü müzakirə etdi", - deyə mətbuat xidmətinin məlumatında bildirilib.

Məlumata görə, Pens danışıqda Birləşmiş Ştatların Ukraynanın müstəqilliyinə və ərazi bütövlüyünə sarsılmaz sədaqətini təsdiq edib, Ukrayna administrasiyasının qanunverici islahatlar yolu ilə korrupsiyaya qarşı mübarizədə cəsarətli hərəkətlərini yüksək qiymətləndirib, həmçinin ABŞ tərəfindən bu səylərə tam dəstəyini ifadə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Ukrayna  

Tramp və Zelenskinin qarşıdan gələn görüşü barədə xəbər təsdiqlənib

2019/09/trump-1568869667.jpg
Oxunub: 297     10:29     19 Sentyabr 2019    