“Azərbaycan hər zamankından daha yaxşı mövqe tutub” – Brayzanın İrəvanı silkələyən MÜSAHİBƏSİ

2019/09/Brayz-1568707757.jpg
Oxunub: 3321     12:20     17 Sentyabr 2019    
“Əgər qarşı tərəfdən nəsə bir şey istəyirsənsə, o zaman malik olduğun bir şeyi təklif etməlisən. Hesab edirəm, Azərbaycan hazırda belə deyir: “Əgər biz istəmədiyimiz bir şeyi etsək, onda nə qazanacağıq?”. Yəni, bu vacib addım qarşılığında ödənilməli olan bir qiymət var. Lakin bu, iki tərəfin işidir”.

ABŞ Dövlət Katibi müavininin keçmiş köməkçisi, ATƏT-in Misk qrupunun keçmiş həmsədri, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Ermənistanın “168 Jam” nəşrinə müsahibə verib.

Ordu.az son günlərdə Ermənistanda qalmaqala səbəb olan müsahibəni təqdim edir:

- Cənab Brayza, Ermənistanda baş vermiş hakimiyyət dəyişikliyindən qısa müddət sonra Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması üçün danışıqlar prosesinə yenidən başlanıldı. Azərbaycan prezidentilə Ermənistanın Baş naziri arasında rəsmi və qeyri-rəsmi görüşlər baş tutdu. Xarici İşlər nazirləri səviyyəsində keçirilən görüşlərin sonuncusu Birləşmiş Ştatlarda baş tutdu. Ermənistanın yeni hakimiyyətinin bu bir ildə apardığı danışıqlar prosesini necə qiymətləndirirsiniz?

- Hakimiyyət dəyişikliyindən dərhal sonra, hakimiyyətə gəlişin ilk mərhələsində danışıqlar prosesində bəzi müsbət dəyişikliklər nəzərə çarpırdı. Ölkə rəhbərləri və nazirlər səviyyəsində görüşlər, danışıqlar yenidən başlamışdı, müsbət dəyişikliklər var idi. Tərəflərin aylarla davam edən danışıqları nəticəsində cəmiyyətlərin sülhə hazırlanması və təmas xəttində atəşkəs rejiminin gücləndirilməsi ilə əlaqədar etimad yaradan tədbirlərin həyata keçirilməsi ilə bağlı bir neçə ay bundan əvvəl verilən bəyanat mənim üçün son illərdə ən vacib irəliləyişdir. Mən bilirəm ki, Bakıda ən yüksək səviyyədə Paşinyanın niyyətləri məsələsində yeni bir inam var. Mən bilirəm ki, Bakının ən yüksək səlahiyyətliləri nizamlanma məsələsində Paşinyanla irəli hərəkət etmək istəyir, lakin hər zaman şübhə var - Paşinyan öz siyasi gücünü səmərəli şəkildə konsolidasiya edə biləcəkmi? Çünki keçmiş sistem ona qarşı işləyir və rəqabətlər, təzyiqlər davam edir. Buna görə də, hesab edirəm ki, bu məsələ hazırda irəliləyişi ləngidir və Paşinyana təzyiq göstərir. Bu, yalnız indinin problemi deyil, ötən 20 il ərizndə Ter-Petrosyan kəskin dəyişikliyə yaxın idi və böyük təzyiqlər altına düşdü. Bunu Ermənistan parlamentində baş vermiş hadisə izlədi.

Sarkisyanın hakimiyyət dövründən bir neçə il əvvəl də belə vəziyyət mövcud idi. Tərəflər o zaman kəskin dəyişikliyə yaxın idilər. Putin Aprel döyüşlərindən sonra diqqətəlayiq təklifləri təqdim etmişdi, Polis Post-Patrul alayının tutulması bunu izlədi. Mənim fikrimcə, eyni şey hazırda da baş verir. Köçəryanın məhkəmə işi davam edir, Qarabağ qrupu hədsiz dərəcədə aktivdir. Hesab edirəm, “Hay Dat Komitəsi"”kimi ABŞ-dakı dairələr onlara dəstək verir. “Hay Dat Komitəsi” münqaişəni nizama salmaq istəmir və biz nə zaman irəliləyiş əldə etməyə çalışsaq o, buna hər zaman qarşı çıxıb. Hər zaman anti-erməni dalğasında olublar. Ken Xaçikyan Serj Sarkisyanı da xəyanətkar adlandırır. Hesab edirəm, eyni şey Paşinyanla da baş verir, bütün bunlarda yenilik yoxdur.

- Sizin fikrinzcə, əgər hərəkət, müsbət irəliləyiş nəzərə çarpsaydı, müzakirə olunan bir sənəd də olardı? Bir neçə ay bundan əvvəl Rusiya və Azərbaycan Xarici İşlər nazirləri tərəfindən konkret təkliflərin müzakirə olunması ilə bağlı məlumat yayılmasına baxmayaraq, görüşlər zamanı danışıqların aparılması və hər hansı konkret sənədin müzakirə edilməsi barədə rəsmi təsdiq yoxdur.

- Hər hansı sənədin və ya təkliflərin müzakirə olunmasını bilmirəm. Mən ancaq bilirəm ki, 11 il əvvəl razılaşdırılmış Madrid sənədi bütün bu müddət ərzində bu və ya digər şəkildə danışıqlar masasında olub. Fikrimcə, Madrid prinsipləri Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ən əhatəli, məntiqli, ən yaxşı çərçivədir. Bu, Əliyev və Sarkisyan arasında əsas razılaşmadır, lakin onlar bu razılaşmanı sona çatdıra bilmədilər. Ən vacib məsələ Dağlıq Qarabağın son hüquqi statusunun referendumla müəyyənləşdirilməsi və eyni zamanda müvəqqəti statusa malik olmasıdır.

- Erməni tərəfi Qarabağın Ermənistan olmasını qeyd edir və eyni zamanda Xankəndinin (qondarma qurum-red.) danışıqlar masasına qatılmasını istəyir, çünki Ermənistan Baş nazirinin danışıqlar masasında Qarabağı təmsil etmək mandatı yoxdur. İlk öncə birinci bəyanatı necə qiymətləndirirsiniz və Qarabağın danışıqlar tərəfi olma imkanı varmı?

- Paşinyanın bu bəyanatları bir-biri ilə ziddiyət təşkil edir, deyə bilərəm ki, bu, nəzərə çarpıb. Hər halda. Sualın digər hissəsinə gəldikdə, tərəflər nələrisə ödəməyə hazır olmadıqda danışıqlar prosesi nəticəsiz olur. Dağlıq Qarabağ nümayəndələri əvvəllər danışıqlar prosesində iştirak edib. Ermənistanın ikinci prezidenti Köçəryanın dövründə bu dəyişdi, hazırda erməni tərəfi bu formatı yenidən dəyişdirmək istəyir və Azərbaycan buna təsdiq vermir. Lakin bu, danışıqlar prosesidir, danışıqlar prosesində nəsə verməlisən və götürməlisən. Əgər qarşı tərəfdən nəsə bir şey istəyirsənsə, o zaman malik olduğun bir şeyi təklif etməlisən. Hesab edirəm, Azərbaycan hazırda belə deyir: “Əgər biz istəmədiyimiz bir şeyi etsək, onda nə qazanacağıq?”. Yəni, bu vacib addım qarşılığında ödənilməli olan bir qiymət var. Lakin bu, iki tərəfin işidir.

- Belə çıxır ki, Ermənistan danışıqlar formatını bərpa etmək üçün nəsə verməlidir?

- Mən yalnız bir şeyi deyə bilərəm və onu artıq dedim. Bugünkü reallıq budur ki, Qarabağ nümayəndələri bu danışıqlarda iştirak etmir. Əgər bu reallığı dəyişmək istəyirsinizsə, yeni atəşkəs razılaşması istəyirsinizsə, bunun üçün nəsə verməlisiniz, bu, danışıqlar mexanizmidir.

- Sizin fikrinizcə, nə verilməlidir?

- Düşünürəm, bu, tərəflərin öz qərarıdır. Vacib olan odur ki, bunların danışıqlar prosesi olduğunu və bütün məsələlərin müzakirə edilməsini başa düşək.

- Yaxın zamanlarda nazirlər səviyyəsində daha bir görüş gözlənilir. Son tendensiyaları nəzərə almaqla yaxın gələcəkdə danışıqlar prosesindən ümumilikdə nə gözləyirsiniz?

- Mən yaxın aylarda bir irəliləyiş imkanı görmürəm. Əgər Paşinyan öz qüvvələrini birləşdirsə, təzyiqlərə tab gətirə bilsə...

- Bəs Azərbaycan hazırdır?

- Düşünürəm, bütün tərəflər, o cümlədən də Azərbaycan hər zamankından daha yaxşı mövqe tutub, çünki Paşinyan fərqlidir, təzə rəhbərdir.

- Cənab Brayza, bir neçə gün bundan öncə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Donald Trampla fikir ayrılıqlarına görə öz vəzifəsindən istefa verdi. Bunun regionumuza hansı təsiri olacaq?

- Təsir bir neçə mənbədən eşitdiyim xəbərin düzgün olub-olmamasından asılıdır. Bu şayiələrin həqiqəti belə idi: səfir Bolton Cənubi Qafqazda münaqişənin həllində maraqlı idi və o, ABŞ prezidenti yanında münaqişənin nizama salınmasının Cənubi Qafqaz regionu üçün nə dərəcə vacib olduğunu bilən dövlət rəsmisi idi. Çalışdığı müddət ərzində münaqişənin nizama salınması üçün hansı səyləri göstərdiyini deyə bilmərəm, ancaq Ağ Evdə belə bir fikirin olması vacibdir. Mən şəxsən əminəm ki, ABŞ bununla məşğul olmasa, münaqişə nizama salınmayacaq. ABŞ tərəfindən yüksək səviyyəli diplomatik iştiraka və diqqətə ehtiyac var. Lakin bu da bölgə üçün imkandır, çünki Bolton hakimiyyəti öz əllərində mərkəzləşdirirdi, milli təhlükəsizlik sahəsində qərarların qəbul edilməsi zəifləmiş və uğursuz idi. Bir çox məsələrlə üzrə qərarların qəbul edilməsi və yaxşı işləməklə bağlı ABŞ administrasiyasının işi çətinləşirdi. Lakin hesab edirəm, bundan regiona böyük təsir hiss olunmayacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   İşğal   Qarabağ  

“Azərbaycan hər zamankından daha yaxşı mövqe tutub” – Brayzanın İrəvanı silkələyən MÜSAHİBƏSİ

2019/09/Brayz-1568707757.jpg
Oxunub: 3322     12:20     17 Sentyabr 2019    