İngilis politoloq: “Ermənistan ABŞ-ın prioritet siyahısında olmayacaq”

2019/09/neil_-1568444778.jpg
Oxunub: 727     14:05     14 Sentyabr 2019    
“Bir il əvvəl Ermənistanın ABŞ-la hərbi sahədə əməkdaşlıq etməsinə ehtiyac olmaya bilərdi, ABŞ və Azərbaycan arasındakı hərbi-texniki münasibətlərdəki yeni reallıqlar Ermənistanı ABŞ-la iş keyfiyyətini dəyişdirməyə məcbur etməlidir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu ingilis politoloq Neil Makfarleyn bildirib.

Paşinyan sentyabrın 23-də ABŞ-a işgüzar səfər edəcək. O, Nyu Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyasında iştirak və çıxış edəcək.

Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, bir sıra ikitərəfli görüşlər, həmçinin ABŞ-ın erməni icmasının nümayəndələri ilə görüşlər planlaşdırılır.

“Baş nazir və ABŞ prezidenti ilə görüşə gəlincə, bu baş tutacaq. Nə vaxt olacaqsa, çox yaxşı, bu sahədə işləyirik və bu gündəmdə olan bir məsələdir, ancaq yalnız əgər yoxdursa, demək belədir, deyə düşünmə yanaşmasını bölüşmürəm, çünki yüksək səviyyəli təmaslarda hər hansı çatışmazlığımız yoxdur”, - deyə Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan bir neçə gün əvvəl qeyd edib.

Mnatsakanyanın sözlərinə görə, bu il Ermənistanla ABŞ arasında yüksək səviyyədə “çox yaxşı bir dialoq” olub.

“Həm baş nazirin, həm də Xarici İşlər Nazirinin görüşlərini və həcmini, həmçinin ABŞ-ın dövlət quruluşunu nəzərə alsaq, bu gün ABŞ-la yüksək səviyyəli təmaslarda heç bir çatışmazlığımız yoxdur. Həm Ağ Ev, həm də Dövlət Departamenti səviyyəsində ən yüksək səviyyədə çox fəal bir dialoqumuz var. İstənilən vaxt aktivləşdirmək üçün isə heç bir məhdudiyyətimiz yoxdur. Açıq tərzdə deyim, əgər mənim söyləyəcək bir sözüm varsa, dərhal ABŞ-dakı yüksək səviyyəli həmkarlarıma çatdıra bilərəm ”, - deyə Mnatsakanyan bildirib.

Makfarleyn qeyd edib ki, yüksək səviyyəli münasibətlərdə hər bir ölkədəki kəsir səviyyəsi öz seçimidir. Onun sözlərinə görə, əgər erməni tərəfi heç bir çatışmazlığın olmadığını bildirirsə, o halda mövcud olan yüksək səviyyəli münasibətlər Ermənistan tərəfini qane edir.

“Lakin eyni zamanda, Ermənistanın AİƏT, KTMT üzvü olaraq, Suriyaya hərbi heyət göndərməklə, Ermənistan-ABŞ münasibətlərinin yüksək səviyyədə bir çatışmazlığının olduğunu söyləsəydi, bu da qəribə olardı. Ümumiyyətlə, həm Ermənistan-Amerika münasibətlərində, həm də Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində biruzə verən yüksək səviyyəli görüşlərin çatışmazlığı var.

Buna səbəblər həm İrəvanda, həm də Vaşinqtondadır. Cənubi Qafqaz regionu ölkələri ilə münasibətlər Dövlət Departamenti tərəfindən müvafiq diplomatlar vasitəsilə nizamlanır.

Gürcüstan hakimiyyətinin nümayəndələri ABŞ-ın müxtəlif rəsmiləri ilə görüşəndə bilirik ki, onlar bu sahədə ən yüksək səviyyədə, ABŞ-la münasibətləri dərinləşdirməyə, NATO-ya üzv olmağa və s. istiqamətində işləyirlər.

Bu hal böyük əhəmiyyət daşıyır. Bu cür ölkələrlə işləməyin özünəməxsus xüsusiyyətləri var, xüsusən Ermənistan Rusiyanın strateji müttəfiqi olduqca, həmin ittifaqdan irəli gələn addım və öhdəlikləri yerinə yetirdiyi bir müddət boyunca ABŞ-ın prioritet siyahısında olmayacaq”, - deyə ingilis politoloq qeyd edib.

O bildirib ki, Birləşmiş Ştatlar da bu cür bölgələrdə daha çox təmsil olunmaqda maraqlı deyil.

“Üstəlik, Rusiyanın konkret bu bölgədəki təsiri çox böyükdür və burada ABŞ qarşıdurma əvəzinə, Rusiya ilə daha çox əməkdaşlıq edir. Gürcüstanın nümunəsi fərqlidir, Gürcüstan başqa bir inkişaf yolu seçdi və ABŞ-la münasibətləri dərinləşdirmək üçün fərqli bir intensivliklə çalışır. BMT Baş Assambleyası ilə bağlı səfərə gəlincə, bu səfər hər iki tərəfin gündəliyindən asılı olaraq həm zəif, həm də güclü gündəmə sahib ola bilər. Adətən bu cür tədbirlərdə Amerika Birləşmiş Ştatlarının prezidenti və dövlət katibi kifayət qədər vaxt keçirmirlər”, -deyə Makfarleyn bildirib.

Xəzərdə ABŞ-Azərbaycan hərbi əməkdaşlığının dərinləşməsindən danışan Neil Makfarleyn, beynəlxalq əlaqələrin hər gün dinamik dəyişikliklərə məruz qaldığını söyləyib.

“Bir il əvvəl Ermənistanın ABŞ-la bu sahədə əməkdaşlıq etməsinə ehtiyac olmaya bilərdi, ABŞ və Azərbaycan arasındakı hərbi-texniki münasibətlərdəki yeni reallıqlar Ermənistanı, ABŞ-ın vasitəsi ilə Ermənistanla Azərbaycan arasındakı qüvvələrin tarazlaşdırılmasını qoruyub saxlamaq üçün ABŞ-la iş keyfiyyətini dəyişdirməyə məcbur etməlidir: Çünki ABŞ-ın Azərbaycana ciddi hərbi dəstəyi Ermənistan-Azərbaycan arasındakı mövcud hərbi tarazlığıın pozulmasına təsir edir. Nəbz daim dəyişir və bunun gedişatını izləmək lazımdır”, - deyə Makfarleyn qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Azərbaycan   Hərbi-əməkdaşlıq  

İngilis politoloq: “Ermənistan ABŞ-ın prioritet siyahısında olmayacaq”

2019/09/neil_-1568444778.jpg
Oxunub: 728     14:05     14 Sentyabr 2019    