Əfqanıstanda İŞİD liderlərindən biri öldürülüb

2019/09/805d7-1568440074.jpg
Oxunub: 512     16:58     14 Sentyabr 2019    
Əfqanıstandakı terrorçu qrupa yeni üzvlərin cəlb edilməsi vəzifəsini icra edən Həsən Pəncabi adlı şəxs Nanqarhar əyalətinə edilən hava hücumu zamanı öldürülüb.

Ordu.az xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyinin mətbuat mərkəzi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, gəncləri terror qruplaşması sıralarına cəlb etməklə, həmçinin sosial şəbəkələrdən istifadə edərək təbliğat materialları yaymaqla məşğul olan Pəncabi Nanqarhar əyalətinin şərqindəki Khoqyani rayonu ərazisinə edilən hava hücumu zamanı öldürülüb.

Qeyd edək ki, Pəncabi Əfqanıstanda İŞİD-in əsas liderlərindən biri hesab olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Əfqanıstan  

Əfqanıstanda İŞİD liderlərindən biri öldürülüb

2019/09/805d7-1568440074.jpg
Oxunub: 513     16:58     14 Sentyabr 2019    