Əfqanıstanın xüsusi təyinatlıları sərhəd rayonunu qiyamçılardan təmizləyib

2019/09/pic_1-1568439390.jpg
Oxunub: 502     11:06     14 Sentyabr 2019    
Əfqanıstanın xüsusi təyinatlı dəstəsi Tacikistanla sərhəddəki Tahar əyalətində yerləşən Yanqi-Kala rayonunu "Taliban" qiyamçılarından təmizləyib.

Ordu.az xəbər verir ki, bu barədə Əfqanıstanın Müdafiə Nazirliyinin "Twitter" səhifəsində paylaşılan bəyanatda deyilir.

Xatırladaq ki, bir neçə gün öncə yerli hakimiyyətə bildirib ki, çərşənbə axşamı qiyamçılar Yanqi-Kala rayonunu ələ keçiriblər. Yerli qubernatorun nümayəndəsinin sözlərinə görə, toqquşmalar zamanı 28 "Taliban" qiyamçısı öldürülüb.

Qiyamçılar ağır döyüşlərdən sonra rayonu tuta biliblər, Əfqanıstanın güc strukturları ərazini tərk ediblər.

Qeyd edilir ki, hərbçilər dinc əhali arasında itkilərin olmamasına çalışıblar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Əfqanıstan   Taliban   Tacikistan  

Əfqanıstanın xüsusi təyinatlıları sərhəd rayonunu qiyamçılardan təmizləyib

2019/09/pic_1-1568439390.jpg
Oxunub: 503     11:06     14 Sentyabr 2019    