Qazaxıstanda hərbi anbarda partlayış baş verib - 4 yaralı

2019/09/10768-1568438140.jpg
Oxunub: 556     12:20     14 Sentyabr 2019    
"Anbarın ərazisinin döyüş sursatlarının hissələrindən təmizlənilməsi üzrə plan işlərinin hərbi qulluqçular tərəfindən icrası vaxtı Arıs şəhərinin ərazisində partlayış olub. Nəticədə müqavilə ilə xidmət edən dörd hərbi qulluqçu yaralanıb".

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Qazaxıtan Müdafiə Nazirliyi yaydığı bəyanatında qeyd edib.

Bildirilir ki, hadisə Arıs şəhərində, yanmış arsenalın ərazisinin təmizlənilməsi işlərinin görülməsi zamanı baş verib. Hadisə nəticəsində dörd hərbi qulluqçu yaralanıb.

Yaralılar Almatı şəhərindəki hərbi klinik hospitala yerləşdirilib. Hərbi polis insidentlə əlaqədar araşdırma aparır.

Xatırladaq ki, Arısdakı arsenalda iyunun 24-da alovlanma olub. Hadisə zamanı 4 nəfər həlak olub, daha 45 nəfər xəsarət alıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Qazaxıstanda hərbi anbarda partlayış baş verib - 4 yaralı

2019/09/10768-1568438140.jpg
Oxunub: 557     12:20     14 Sentyabr 2019    