Türkiyə prezidenti: "Ankarada keçiriləcək üçtərəfli görüşdə əsas diqqət İdlibdəki proseslərə yönələcək"

2019/09/15524-1567746515.jpg
Oxunub: 320     10:18     14 Sentyabr 2019    
"Ankarada keçiriləcək üçtərəfli görüşdə əsas diqqət İdlibdəki proseslərə yönələcək".

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 16-sı Ankarada keçiriləcək Rusiya və İran liderləri ilə üçtərəfli görüş haqqında danışarkən deyib.

O qeyd edib ki, müşahidə məntəqələri və terrorizmlə mübarizə məsələləri üzrə fikir mübadiləsi aparılacaq.

Türkiyə prezidenti qeyd edib ki, Ankara üçün ABŞ-ın PYD/YPG terrorçuları üzrə mövqeyi vacibdir.

"Bu gün biz ABŞ-ın bu məsələ üzrə mövqeyinin Türkiyənin maraqlarına cavab verdiyini deyə bilmərik", - deyə Ərdoğan qeyd edib.

T.Ərdoğan əlavə edib ki, Suriya məsələsi ABŞ prezidenti ilə Nyu-Yorkda keçiriləcək BMT-nin Baş Assambleyası çərçivəsində planlaşdırılan görüş zamanı da müzakirə ediləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə   Rusiya   İran  

Türkiyə prezidenti: "Ankarada keçiriləcək üçtərəfli görüşdə əsas diqqət İdlibdəki proseslərə yönələcək"

2019/09/15524-1567746515.jpg
Oxunub: 321     10:18     14 Sentyabr 2019    