“Almaniya, Fransa, Rusiya ilə birgə dörtərəfli görüşümüz gözlənilir” - Ərdoğan

2019/01/recep-1546493751.jpg
Oxunub: 328     09:13     14 Sentyabr 2019    
"Bu zirvədən gözləntimiz ilk növbədə bölgədəki köçə son qoymaq, ikincisi atəşkəsi təmin etmək, üçüncüsü terror təşkilatlarını ciddi şəkildə nəzarət altında saxlamaqdır. Dinc vətəndaşlara hücum ölkəmizə qaçqın axını və siyasi həll müddətinin iflasa uğraması deməkdir".

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, ikitərəfli və üçtərəfli görüşdən sonra mətbuat konfransı keçiriləcək və hər üç ölkənin başçısı məsələ ilə bağlı verilən qərarları açıqlayacaqlar.

Ərdoğan deyib ki, hazırda Türkiyənin İdlibdəki müşahidə nöqtələrini dəyişməsinin müzakirəsi belə qəbulolunmazdır.

“Rejim müşahidə nöqtələrimizdə hər hansı bir hücum edərsə, o zaman biz indiki davranışda olduğumuz kimi sakit dura bilmərik, iş çox təhlükəli bir yön alar”, - deyə o qeyd edib.

Oktyabr ayında Rusiya, Almaniya və Fransa ilə birgə dördtərəfli zirvə toplantısının da Türkiyədə keçirilməsini istisna etməyən prezident bu toplantıda da əsas mövzunun İdlib olacağını bildirib.

“İdlib və qaçqınlar mövzusuna görə toplanacağıq. Təəssüf ki, təhlükəsiz bölgə məsələsi gözləntilərimizə doğru cavab vermir”, - deyə Ərdoğan qeyd edib.

Rusyanın Türkiyəyə Su-35 və Su-57 döyüş təyyarələrini təklif etdiyini deyən prezident ölkəsinin müdafiə sistemini möhkəmləndirmək əzmində qərarlı olduğunu vurğulayıb.

“Rusiya bu mövzuda bizim arxamızda olduğunu deyir. Biz F-35 mövzusu ilə bağlı Trampla ABŞ-da BMT zirvə toplantısında bir daha danışacağıq. Mənim fikrimcə, ABŞ müttəfiqi olan Türkiyəni daha incitmək niyyətində deyil. Sərmayələr mövzusunda Trampla bir-birimizə etibarımız var.

Tramp ilə “Patriot" almaq mövzusunda da telefonla danışdıq. S-400-lərə eyni şərtlər daxilində, ortaq istehsal tələbimizə uyğun razılaşarlarsa, biz “Patriot” ala bilərik. “Patriot” mövzusunda maneələr yarandığı üşün S-400-ləri necə seçdiksə, F-35-lərdə də qarşımızı kəsəcəkləri halda uyğun ortaq istehsal şərtləriylə hansı ölkə razılaşarsa, onlarla da əməkdaşlıq edərik. Bu, Rusiya da ola bilər, Çin də”, - deyə Türkiyə prezidenti qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə   Almaniya   Rusiya   Fransa   görüş  

“Almaniya, Fransa, Rusiya ilə birgə dörtərəfli görüşümüz gözlənilir” - Ərdoğan

2019/01/recep-1546493751.jpg
Oxunub: 329     09:13     14 Sentyabr 2019    